Mursəlat - 77:46
Yeyin və müvəqqəti olaraq əylənin; siz günahkarlarsınız.
Müvəqqəti dünya:
Hədid/57:20
Bilin ki, dünya həyatı bir oyun, əyləncə, süs, aranızda öyünmək, para-pul və övlad çoxaltma yarışından ibarətdir. Bu, inkar edənlərin xoşuna gələn bir bitkini yetişdirən bir yağmura bənzəyir. Halbuki daha sonra o bitki quruyar, saralar və axırda çör-çöp olar. Axirətdə isə Allahdan çətin (şiddətli) bir əzab, bir bağışlanma və razılıq vardır. Dünya həyatı, aldadan, keçici bir zövqdən ibarətdir.
Yunus/10:23
Onları qurtarınca da yer üzündə haqsız yerə həddi aşmağa başlayarlar. Ey insanlar, həddi aşmağınız özünüzə qarşıdır. Dünya həyatının müvəqqəti zövqünə düşkünsünüz; halbuki dönüşünüz Bizədir və etmiş olduğunuz hər şeyi sizə xəbər verərik.
Yunus/10:24
Dünya həyatı, eyni bu örnək kimidir; göydən endirdiyimiz su insanların və heyvanların yediyi bitkilərin quruluşuna qarışar. Bu durum, yer üzünün süslənib bəzəndiyi və xalqının da artıq təbiətə hakim olduqlarını sandıqları ana (vaxta) qədər sürər. Nəhayət gecə vaxtı və ya gündüz vaxtı ona əmrimiz gəlir. Sanki bir öncəki gün heç bir şeyə sahib deyilmiş kimi onu kökündən biçilmiş bir duruma salarıq. Düşünən bir camaat üçün ayələri bu cür açıqlayırıq.
Ali İmran/3:14
Qadınları, uşaqları, yığın-yığın qızılı - gümüşü, təlim görmüş atları, mal-qaranı və əkin yerlərini sevmək kimi zövqlər insanlara cazibədar görünür. Bunlar, dünya həyatının nemətləridir. Halbuki gediləcək ən gözəl yer Allah qatındadır.
Rad/13:26
Allah istədiyinə ruzini açar və ya azaldar. Onlar dünya həyatı ilə sevindilər, halbuki bu dünya həyatı axirət ilə müqayisə edildiyində bir dolanacaqdan ibarətdir.
Ğafir/40:39
"Ey xalqım, bu dünya həyatı müvəqqəti bir yaşayış yeridir. Axirət yurdu isə əbədi bir məskəndir."
Nisa/4:94
Ey iman edənlər! Allah yolunda mücadiləyə çıxdığınız zaman diqqətli olun. Sizə barış təklif edənə, dünya həyatının keçici mənfəətini güdərək "Sən iman etmirsən", deməyin. Çünki Allahın yanında çox qənimətlər var. Lap əvvəllər siz də onlar kimi idiniz; fəqət Allah sizə lütf etdi. Elə isə yaxşıca araşdırıb əmin olun. Allah etdiklərinizdən Xəbərdardır.
Ənfal/8:67
Heç bir Peyğəmbərə, yer üzündə savaşa qatılmadan əsirlər götürməsi yaraşmaz. Siz bu dünyanın müvəqqəti malını istəyirsiniz; Allah isə (sizin üçün) axirəti istəyir. Allah Üstündür, Hikmət sahibidir.
Ali İmran/3:185
Hər kəs ölümü dadacaqdır. Dirilmə günü mükafatlarınız sizə tam olaraq verilər. Kim atəşdən qurtarılıb cənnətə daxil olarsa, zəfər qazanmış olar. Dünya həyatı ancaq aldadıcı bir zövqdən ibarətdir.
İsra/17:18
Kim bu müvəqqəti dünyanı istəyərsə, orada istədiyimizə dilədiyimiz qədər verərik. Ancaq daha sonra onu, qınanmış və qovulmuş olaraq cəhənnəmə məhkum edərik.
Nur/24:33
Evlənməyə imkanı olmayanlar da, Allah onları lütfü ilə zənginləşdirənə qədər iffətli davransınlar. Evlənmə yolu ilə azadlıq sənədi almaq istəyən əsirləri -niyyətləri dürüstdürsə- azadlıqlarına qovuşdurun. Və Allahın sizə verdiyi parasından (pulundan) onlara verin. İffətli olmaq istəyən qızlarınızı, bu dünyanın keçici mənfəətini arzulayaraq fahişəliyə məcbur etməyin. Kim onları məcbur edərsə, o zaman Allah onların məcbur edildiyini hesaba qatar; O Bağışlayandır, Rəhmlidir.
Kəhf/18:45
Onlara dünya həyatının örnəyi olaraq, göydən endirdiyimiz suyla qidalanan və sonra küləyin sovurduğu çör-çöpə dönən yer üzünün bitkisini ver. Allah hər şeyə Gücü Yetəndir.
Kəhf/18:46
Para (pul) və övladlar bu dünya həyatının cəlbedici materiallarıdır. Amma, daimi qalacaq müttəqi işlər, Rəbbinin qatında bir mükafat və ümid olaraq daha yaxşıdır.
Zuxruf/43:33
Bütün insanlar (inkarçılıqda) vahid bir cəmiyyət olmasaydı, Rəhmanı inkar edənlərin evini gümüş tavanlar və çıxıb qalxacaqları nərdivanlarla təchiz edərdik.
Zuxruf/43:34
Evlərinə qapılar və komfortlu mebellər.
Zuxruf/43:35
Və neçə-neçə cəzbedici maddələr. Bütün bunlar bu dünya həyatının keçici materialıdır. Axirət isə Rəbbinin qatında müttəqilərindir.
Qiyamə/75:20
Halbuki, siz keçicini sevirsiniz.
Qiyamə/75:21
Axirətə isə əhəmiyyət vermirsiniz.
İnsan/76:27
Bunlar bu keçici (dünya həyatını) sevirlər və önlərindəki ağır bir günə isə əhəmiyyət vermirlər.
Ənam/6:32
Dünya həyatı ancaq bir oyun və əyləncədir. Müttəqilər üçün axirət yurdu daha xeyirlidir. Düşünmürsünüz?
Ənam/6:70
Dinlərini oyun-əyləncəyə çevirənləri və dünya həyatına aldananları burax. Sən bununla (Quranla) xatırlat ki, heç kəs qazandığının fəlakətli nəticəsini çəkməsin. Onun Allahdan başqa bir Sahibi və Şəfaətçisi yoxdur. (O) hər cürə fidyəni versə belə ondan qəbul edilməz. Bunlar, qazandıqlarına görə fəlakətli nəticəyə uğrayanlardır; İnkar etmələri üzündən qaynar sudan bir içkiyə və ağrılı-acılı bir əzaba layiqdirlər.
Tovbə/9:38
Ey iman edənlər, sizə nə oldu ki, "Allah yolunda hərəkətə keçin," deyildiyi zaman, yerə yapışıb qaldınız? Axirət yerinə bu dünya həyatınamı razı oldunuz? Dünya həyatının nemətləri axirət həyatına müqayisədə çox azdır.
Yunus/10:7
Bizimlə qarşılaşmağı ümid etməyənlər, dünya həyatını sevib ona bağlananlar və ayələrimizdən qafil olanlar...
Ta ha/20:131
Onların bəzilərinə, sınamaq üçün verdiyimiz dünya həyatının süslərinə gözünü dikmə. Rəbbinin sənin üçün hazırladığı nemətlər daha yaxşıdır və sürəklidir.
Qasas/28:60
Sizə verilən hər şey, bu dünya həyatının malı və süsüdür. Allah yanında olanlar isə daha yaxşı və sürəklidir. Anlamırsınız?
Qasas/28:61
Qovuşacağı gözəl bir mükafatı özünə söz verdiyimiz bir kimsə, dünya həyatının malıyla nemətləndirdiyimiz və sonra dirilmə günü hesaba çəkilən kimsə kimidirmi?
Qasas/28:79
Bir vaxtlar, bütün görkəmi ilə xalqının arasına çıxmışdı. Dünya həyatını seçənlər, "Kaş ki, Qaruna verilənlərin bir bənzəri bizə də verilsəydi. Gerçəkdən, o çox şanslı biridir," dedilər.
Ənkəbut/29:64
Bu dünya həyatı bir əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə gerçək həyatdır; bir bilsəydilər!
Loğman/31:33
Ey insanlar! Rəbbinizi dinləyin, atanın övladına yardım edə bilməyəcəyi və övladın da ataya yardım edə bilməyəcəyi gündən qorxun. Allahın sözü gerçəkdir. Dünya həyatı sizi aldatmasın. Aldadıcılar, sizi Allah ilə aldatmasınlar.
Fatir/35:5
Ey insanlar! Allahın sözü gerçəkdir; Dünya həyatı sizi aldatmasın. Aldadıcı, sizi Allah haqqında aldatmasın.
Şura/42:36
Sizə nə verildisə dünya həyatının dolanışığıdır. Ancaq iman edənlər və Rəblərinə güvənənlər üçün Allahın yanında olanlar daha yaxşıdır və sürəklidir.
Muhəmməd/47:36
Dünya həyatı bir oyun və əyləncədən ibarətdir. İman edib müttəqi davransanız, mükafatlarınızı verər. O sizdən paralarınızı (pullarınızı) istəmir.
Nəcm/53:29
Mesajımızdan üz çevirən və dünya həyatından başqasını arzulamayan kimsəyə önəm vermə.
Naziat/79:38
Və dünya həyatını üstün tutanlara gəlincə.
Naziat/79:39
Gediləcək yer cəhənnəm olacaqdır.
Əla/87:16
Lakin siz dünya həyatını seçirsiniz.
Əla/87:17
Halbuki axirət daha yaxşı və sürəklidir.