Nəbə - 78:3
(Hansı) ki, onlar onun haqqında ixtilafdadırlar.
1, 2 ... 5 ayələri əsasında; İstehza edərək, meydan oxuyaraq dünyanın sonunu soruşdular:
Nəml/27:67
İnkar edənlər dedilər: "Biz və atalarımız torpaq olduqdan sonramı çıxardılacağıq?"
Nəml/27:68
"Bizə və atalarımıza da daha öncə eyni söz verilmişdi. Bunlar, keçmişdəkilərin nağıllarından başqa bir şey deyildir."
Nəml/27:69
De ki, "Yer üzündə gəzib dolaşın, sonra da baxın, günahkarların sonuna!"
Nəml/27:70
Onlara üzülmə, planladıqları şeylərdən ötrü də canını sıxma.
Nəml/27:71
"Doğrusunuzsa, bu söz nə zaman gerçəkləşəcək?" deyirlər.
Nəml/27:72
"Bəlkə də, meydan oxuyaraq istədiyiniz şeylərin bir qismi, hətta sizə çatmışdır," de.
Səcdə/32:28
"O zəfər nə zaman gerçəkləşəcək, doğru sözlüsünüzsə?" deyə meydan oxuyurlar.
Səcdə/32:29
De ki, "Zəfər günü, inkar edənlərə iman etmələri bir fayda verməyəcəkdir; onlara başqa bir şans da verilməyəcəkdir."
Səba/34:29
"Doğru söyləyirsinizsə, o söz nə zaman gerçəkləşəcəkdir?" deyərək meydan oxuyurlar.
Səba/34:30
De ki, "Sizə bir saat gecikməyəcək, bir saat da tez gəlməyəcək, müəyyən edilmiş bir gününüz vardır."
Ya sin/36:48
Eyni zamanda, "Doğru sözlüsünüzsə, o söz nə zaman gerçəkləşəcək?" deyə meydan oxuyurlar.
Ya sin/36:49
Höcətləşərlərkən onları yaxalayacaq tək bir partlamanı gözləməkdədirlər.
Ya sin/36:49
Höcətləşərlərkən onları yaxalayacaq tək bir partlamanı gözləməkdədirlər.
Ya sin/36:50
Nə bir vəsiyyət buraxmağa vaxt tapa bilərlər, nə də ailələrinin yanına dönə bilərlər.
Şura/42:17
O Allah ki, kitabı gerçək və ədalətlə nazil etmişdir. Nə bilirsən, bəlkə Saat (dünyanın sonu) yaxındır.
Şura/42:18
Ona iman etməyənlər onun haqqında meydan oxuyurlar. Ona iman edənlər isə ondan təşvişə düşərlər və onun gerçək olduğunu bilirlər. Saat mövzusunda şübhəyə düşənlər böyük bir azğınlıq içindədirlər.
Mulk/67:24
De ki, "Sizi yer üzündə artırıb yayan Odur və Siz Onun hüzuruna toplanacaqsınız."
Mulk/67:25
"Doğrusunuzsa, bu söz nə zaman gerçəkləşəcək?" deyərlər.
Qiyamə/75:5
Fəqət, insan önündəkini (axirəti) yalanlayar.
Qiyamə/75:6
"Dirilmə Günü nə zamandır?" deyə soruşar.