Nəbə - 78:38
Gün gələcək Ruh və mələklər cərgə-cərgə durarlar. Rəhmanın izin verdiklərindən başqa heç kimsə danışa bilməz. Onlar da doğrunu söyləyərlər.
Din (Haqq-hesab) günü bütün qərarlar Allaha aiddir:
İnfitar/82:18
Bəli, Din Gününün nə olduğunu bilirsənmi?
İnfitar/82:19
O gün kimsənin kimsəyə yardımı toxunmaz. O gün bütün qərarlar yalnız Allaha aiddir.
Saffat/37:16
"Biz ölüb, torpaq və sümük olduqdan sonra dirildiləcəyik, eləmi?"
Saffat/37:17
"Hətta bizdən öncəki atalarımız da eləmi?"
Saffat/37:18
De ki, "Bəli, həm də alçaldılaraq."
Saffat/37:19
O, bir tək toxunmadır. O zaman (qalxıb) sağa-sola baxarlar.
Saffat/37:20
"Vay halımıza! Bu Haqq-hesab günüdür," deyərlər.
Saffat/37:21
Bu, sizin yalanlamış olduğunuz qərar günüdür.
Loğman/31:33
Ey insanlar! Rəbbinizi dinləyin, atanın övladına yardım edə bilməyəcəyi və övladın da ataya yardım edə bilməyəcəyi gündən qorxun. Allahın sözü gerçəkdir. Dünya həyatı sizi aldatmasın. Aldadıcılar, sizi Allah ilə aldatmasınlar.