Naziat - 79:20 Ona böyük möcüzəni göstərdi.
Firona göstərilən böyük dəlil/möcüzə: "Əsanın sehrbazların sehr olaraq ortaya qoyduqlarını udan bir varlığa dönüşməsi."
Ta ha/20:56 Ona bütün işarət və dəlillərimizi göstərməmizə rəğmən yalanlayıb rədd etdi.
Ta ha/20:57 (Firon) dedi ki, "Musa, sən bizi sehrinlə yurdumuzdan çıxarmaq üçünmü gəldin?"
Ta ha/20:58 "Biz də sənə (buna) bənzər bir sehr göstərəcəyik. Hər iki tərəf üçün də uyğun olan yerdə nə sənin, nə də bizim xilaf çıxa bilməyəcəyimiz bir görüş zamanı müəyyənləşdir."
Ta ha/20:65 (Sehrbazlar) dedilər: "Musa, sən atırsan, yoxsa ilk öncə atan biz olaq?"
Ta ha/20:66 (Musa:) "Xeyr, siz atın!" dedi. Bundan sonra, (sehrbazların) sehrlərinə (hipnoz təlqinlərinə və illuziyalarına) görə, qalın ipləri və dəyənəkləri ona (Musaya) sanki hərəkət edirlərmiş kimi göründü.
Ta ha/20:68 (Biz:) "Qorxma, sən üstün gələcəksən!" dedik.
Ta ha/20:69 "Sağ əlindəkini at, onların uydurduqları şeyləri udacaqdır. Onların etdiyi bir sehrbaz planından ibarətdir. Sehrbazın ortaya qoyduğu şeylər uğur qazana bilməz."
Ta ha/20:70 Sehrbazlar, "Harunun və Musanın Rəbbinə iman etdik!" deyərək səcdəyə qapandılar.
Ta ha/20:71 (Firon:) "Sizə izin vermədən öncəmi ona iman etdiniz? O, sizə sehr öyrədən ustanız olmalıdır. Əllərinizi və ayaqlarınızı çarpaz kəsib sizi xurma ağaclarına asacağam. Hansımızın cəzası daha çətin və sürəkli imiş öyrənəcəksiniz," dedi.
Ta ha/20:72 Dedilər ki: "Bizə gələn açıq-aşkar dlilləri və bizi Yaradanı buraxıb səni seçmərik. Necə hökm verəcəksənsə, ver. Hökmün bu dünya həyatı ilə məhdudlaşır!"

Şuəra/26:29 Dedi ki, "Məndən başqa bir tanrı (Hökmdar) qəbul edərsən, sənə həbs cəzası qoyacağam."
Şuəra/26:30 Dedi ki, "Sizə açıq-aşkar bir şey gətirmiş olsam da, eləmi?"
Şuəra/26:31 Dedi ki, "Doğru sözlüsənsə, gətir görək onu!"
Şuəra/26:32 Dəyənəyini atınca, açıq-aşkar bir ilan oldu.
Şuəra/26:33 Əlini çıxardan kimi, baxanlara ağappaq göründü.
Şuəra/26:34 Ətrafındakı zadəganlara dedi ki, "Bu, gerçəkdən çox usta bir sehrbaz imiş!"
Şuəra/26:35 "Sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?"
Şuəra/26:36 Dedilər ki, "Onu və qardaşını bir yerdə saxla və şəhərlərə yığıcılar göndər ki,"
Şuəra/26:38 Müəyyən edilmiş günün randevusu üçün sehrbazlar, bir araya gətirildilər.
Şuəra/26:39 Xalqa da, "Siz də toplana bilərsinizmi?" deyildi.
Şuəra/26:40 "Sehrbazlar üstün gələrsə, onlara tabe ola bilərik."
Şuəra/26:41 Sehrbazlar gəldiklərində Firona, "Əgər biz üstün gələrsək, bizə bir ücrət ödənəcəkmi?" dedilər.
Şuəra/26:42 Dedi, "Bəli! Hətta siz mənim toplantı (şura) məclisimə daxil ediləcəksiniz."
Şuəra/26:43 Musa onlara, "Atacağınızı, atın!" dedi.
Şuəra/26:44 İplərini və dəyənəklərini atdılar, "Fironun şərəfi üçün biz üstün gələcəyik," dedilər.
Şuəra/26:45 Sonra Musa dəyənəyini atdı; dərhal onların uydurduqlarını udmağa başladı.
Şuəra/26:49 (Firon) dedi ki: "Mən sizə izin vermədənmi ona iman etdiniz? O, sizə sehrbazlığı öyrədən ustanız olmalıdır. İndi görəcəksiniz: Əllərinizi, ayaqlarınızı çarpaz kəsəcəyəm və hamınızı asacağam."
Şuəra/26:50 Dedilər, "Vecimizə deyil, biz onsuz da Rəbbimizə dönəcəyik."

Əraf/7:104 Musa: "Firon, mən aləmlərin Rəbbindən bir elçiyəm."
Əraf/7:105 "Allah haqqında gerçəkdən başqa bir şey söyləməmək mənim görəvimdir. Rəbbinizdən sizə bir dəlil ilə gəldim; İsrail oğullarını mənimlə birlikdə sərbəst burax."
Əraf/7:106 Dedi: "Bir ayə (möcüzə) ilə gəlmisənsə və gerçəkdən doğru sözlüsənsə gətir onu görək."
Əraf/7:108 Əlini çıxardı, baxanlar üçün ağappaq oldu.
Əraf/7:109 Firon xalqının elitaları dedilər: "Bu, gerçəkdən çox usta bir sehrbaz imiş!"
Əraf/7:110 "Sizi yurdunuzdan çıxarmaq istəyir. Nə təklif irəli sürürsünüz?"
Əraf/7:111 Dedilər ki: "Onu və qardaşını gözlət və şəhərlərə toplayan adamlar yolla."
Əraf/7:113 Sehrbazlar Fironun yanına gəldilər və: "Qazanarsaq bizə bir mükafat varmı?" dedilər.
Əraf/7:114 Dedi: "Bəli, siz mənim yaxın çevrəmə də daxil ola bilərsiniz."
Əraf/7:115 Dedilər: "Musa, sən at, yoxsa biz atacağıq."
Əraf/7:116 "Siz atın!" - dedi. Onlar atınca, xalqın gözünü sehrlədilər, onları qorxutdular və beləcə böyük bir sehr ortaya qoydular.
Əraf/7:117 Biz də Musaya "Əsanı at," deyə vəhy etdik. Həqiqətən o, onların uydurduqlarını toplayıb uddu.
Əraf/7:118 Beləcə, gerçək ortaya çıxdı və etdikləri boşa çıxdı.
Əraf/7:119 Bax orada məğlub oldular və alçaldıldılar.

Naziat/79:16 Rəbbi, mübarək Tuva vadisində ona səslənmişdi:
Naziat/79:19 "Səni Rəbbinə tərəf yetişdirim ki, hörmətli olasan."