Naziat - 79:31
Ondan suyunu və otlağını çıxartdı.
Ondan suyunu və otlaqını çıxartdı:
Zumər/39:21
Görmürsənmi ki, Allah göydən bir su endirər və onu yer üzündəki qaynaqlara keçirər və sonra onunla müxtəlif rənglərdə bitkilər çıxarar. Sonra o quruyar və onu saralmış görərsən. Sonra da onu çör-çöpə çevirər. Bunda ağıl sahibləri üçün öyüd vardır.
Yunus/10:24
Dünya həyatı, eyni bu örnək kimidir; göydən endirdiyimiz su insanların və heyvanların yediyi bitkilərin quruluşuna qarışar. Bu durum, yer üzünün süslənib bəzəndiyi və xalqının da artıq təbiətə hakim olduqlarını sandıqları ana (vaxta) qədər sürər. Nəhayət gecə vaxtı və ya gündüz vaxtı ona əmrimiz gəlir. Sanki bir öncəki gün heç bir şeyə sahib deyilmiş kimi onu kökündən biçilmiş bir duruma salarıq. Düşünən bir camaat üçün ayələri bu cür açıqlayırıq.
Hicr/15:22
Küləkləri dölləndirici (tozlandırıcı) olaraq göndərdik; göydən bir su endirib sizi onunla suladıq. Halbuki siz onu yığıb saxlaya bilməzdiniz.
Muminun/23:18
Göydən müəyyən bir ölçüdə su endirdik və onu torpaqda (yığıb) saxladıq. Şübhəsiz onu ortadan qaldırmağa da (yox etməyə də) gücümüz yetər.
Muminun/23:19
Onunla, sizin üçün bir çox meyvələr olan xurma və üzüm bağçaları yaratdıq; onlardan yeyirsiniz.