Naziat - 79:40 Rəbbinin məqamına qarşı hörmət göstərən və özünü pis arzulardan saxlayanlara gəlincə,
Özünü (Nəfsini) pis arzulardan çəkindirənlər: Əlaqəli
Təğabun/64:16 Gücünüz yetdiyi qədər Allahı saya salıb hörmət edin. Dinləyin, itaət edin və öz xeyriniz üçün yardım edin. Nəfsinin xudbinlik və xəsisliyindən qorunanlar uğur qazananlardır.

Əraf/7:201 Müttəqilərə hər nə zaman şeytandan qaranlıq bir təklif yetişsə, dərhal xatırlayarlar. Beləcə dərhal görərlər.


Şəms/91:8 Sonra da ona pisliyini və müttəqiliyini bildirənə and olsun ki;

Ali İmran/3:135 O kəslər ki, bir günah işlədikləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı xatırlayar və günahları üçün bağışlanma diləyərlər, – Onsuzda Allahdan başqa kim günahları bağışlaya bilər ki? – və onlar bilə-bilə günah işləməyə davam etməz.