Naziat - 79:5
Və beləcə əmrləri yerinə yetirənlərə...
Əmrlər:
Ğafir/40:15
Dərəcələri Yüksəldən, Hökmranlığın Sahibi. Görüşmə Gününə qarşı xəbərdar etsin deyə qullarından istədiyinə, əmrlərini əhatə edən vəhyini nazil edir.
Talaq/65:8
Neçə-neçə məmləkətlər, Rəblərinin və Onun göndərdiyi elçilərin əmrlərinə baş qaldırdı. Axırda Biz də onları çətin bir hesaba çəkdik və onları görünməmiş şəkildə cəzalandırdıq.
Həcc/22:31
Allaha ortaq qoşmayaraq, özünüzü sadəcə Ona həsr edin. Kim Allaha ortaq qoşarsa, sanki göydən düşmüş və onu kərkəz qapmış və ya ruzgar tərəfindən dərin bir fiordda sürüklənirmiş kimi olar.
Həcc/22:32
Kimlər Allahın əmrlərinə hörmət göstərərsə, qəlblərindəki müttəqiliyi sərgiləmişdir.
Bəqərə/2:93
Bir vaxt üzərinizə Tur dağını qaldırıb sizdən söz almışdıq: “Sizə verdiyim əmrlərə möhkəmcə sarılın və dinləyin!” Fəqət “Dinlədik və qarşı gəldik,” - dedilər. İnkar etmələrinə görə qəlbləri buzov ilə aldandı. De ki: “İman etmişsinizsə, inancınız sizə necə də pis yön verir!”
Maidə/5:93
İman edib müttəqi işlər görənlər, əmrlərə tabe olaraq iman edib muttəqi davrandıqları, günahlardan çəkinib iman etdikləri və yenə çəkinib yaxşılıq etdikləri müddətcə yediklərindən ötrü onlara bir günah yoxdur. Allah yaxşı davrananları sevər.