Əraf - 7:102 Əksəriyyətini, verdikləri sözü tutan görmədik. Əksinə əksəriyyətini yoldan çıxan gördük.
Əlaqəli:
Maidə/5:70 İsrail oğullarından söz almış, onlara elçilər göndərmişdik. Hər nə vaxt xoşlarına gəlməyən bir şeylə onlara bir elçi gəldisə, bir qismini yalanlayıb, bir qismini də öldürdülər.
Maidə/5:14 “Biz Xristianıq!”– deyənlərdən də söz almışdıq. Ancaq onlar da xəbərdar edildikləri şeylərin bir qismini unutdu. Buna görə də dirilmə gününə qədər aralarına düşmənçilik və kin saldıq. Etdikləri hər şeyi Allah onlara bildirəcək.

Beyyinə/98:4 Gerçək budur ki, özlərinə Kitab verilənlər, ancaq onlara açıq-aydın dəlil gəldikdən sonra ayrılığa (ixtilafa) düşdülər.
Beyyinə/98:5 Halbuki onlardan, dini sadəcə Allaha aid edən təkallahlılar (monoteist) olaraq Ona qulluq etmələri, namazı qorumaları və zəkatı vermələri istənilmişdi. Bax, ən doğru din budur.