Əraf - 7:110 "Sizi yurdunuzdan çıxarmaq istəyir. Nə təklif irəli sürürsünüz?"
"Sizi yurdunuzdan çıxartmaq istəyir.": Əlaqəli
Ta ha/20:43 "İkiniz Fironun yanına gedin; Çünki o, azdı."
Ta ha/20:44 "Onunla yumşaq danışın. Ola bilər ki, öyüd alar, və ya ehtiram göstərər."
Ta ha/20:45 Dedilər ki: "Rəbbimiz, onun bizə qarşı hücum etməsindən və həddi aşmasından qorxuruq."
Ta ha/20:46 (Allah) dedi: "Qorxmayın, Mən sizinlə birlikdəyəm; görürəm və eşidirəm."
Ta ha/20:47 "Onun yanına gedin və deyin ki 'Biz ikimiz Rəbbinin elçiləriyik. İsrail oğullarına etdiyin işgəncəyə son ver və onları bizimlə göndər. Biz sənin yanına Rəbbindən bir ayə ilə gəldik. Doğru yolu izləyənlərə salam (sülh) olsun."