Əraf - 7:127
Firon xalqının elitaları dedilər: "Musanı və xalqını, səni və tanrılarını buraxsınlar və yer üzündə fəsad çıxarsınlar deyəmi buraxırsan." (Firon:) "Qadınlarını yaşadıb, oğullarını öldürəcəyik. Biz onlardan daha çox güclüyük," dedi.
Fironun İsrail oğullarına zülmü:
Bəqərə/2:49
İşgəncənin ən pisini sizə tətbiq edən, qadınlarınızı buraxıb oğullarınızı öldürən Fironun adamlarından sizi qurtarmışdıq. Bu, Rəbbinizdən böyük bir sınaq idi.
Yunus/10:83
Firon və əyanlarının işgəncə və təzyiqindən qorxduqları üçün Musaya, xalqından ancaq bir neçə nəfər iman etdi. Firon, yer üzündə həddi çox aşan bir tiran idi.
Ta ha/20:47
"Onun yanına gedin və deyin ki 'Biz ikimiz Rəbbinin elçiləriyik. İsrail oğullarına etdiyin işgəncəyə son ver və onları bizimlə göndər. Biz sənin yanına Rəbbindən bir ayə ilə gəldik. Doğru yolu izləyənlərə salam (sülh) olsun."
Qasas/28:4
Firon yer üzündə despotca davrandı. Xalqını siniflərə ayırıb onlardan bir qrupu əzib istismar edir, qızlarını sağ buraxıb oğullarını kəsirdi. O, bir fəsadçı idi.
Əraf/7:141
"Bir vaxt sizə ən pis əzabı tətbiq edən Fironun tərəfdarlarından sizi qurtarmışdıq. Qadınlarınızı sağ buraxıb övladlarınızı öldürürdülər. Bunda Rəbbinizdən sizin üçün böyük bir sınaq vardı."
İbrahim/14:6
Bir vaxt, Musa xalqına: "Allahın üzərinizdəki nemətini xatırlayın. Sizə işgəncənin ən pisini tətbiq edən, oğullarınızı kəsib, qadınlarınızı sağ buraxan Fironun adamlarından sizi O qurtardı. Bu, Rəbbinizdən sizin üçün böyük bir sınaq idi," demişdi.