Əraf - 7:138 İsrail oğullarını dənizdən keçirtdik. Özlərinə xas heykəllərə qulluq/xidmət edən bir topluluğa rast gəldilər və: "Musa, bunların tanrıları kimi bizə də bir tanrı düzəlt," dedilər. "Siz, gerçəkdən cahil bir topluluqsunuz," dedi.
Allah Özündən başqalarına qulluq/xidmət edərək ölənləri nə üçün əfv etməz?
Nisa/4:48 Allah Özünə ortaq qoşulmasını bağışlamaz; bundan başqasını istədiyinə bağışlayar. Kim Allaha ortaq qoşarsa, çox böyük bir həqarət etmiş olar.
Nisa/4:116 Allah Özünə ortaq qoşulmasını bağışlamaz; bundan başqasını istədiyinə bağışlayar. Kim Allaha ortaq qoşarsa, tamamilə azmış olar.