Əraf - 7:139 "Bunlar, qərq olduqları bu şeylərlə həlak olacaqlar və etdikləri isə heç bir təmələ əsaslanmır."
İman edənlərin din adı ilə icra etdikləri hər şeyin sübutu (dəlili) Qurana əsaslanır:
Maidə/5:50 Yoxsa cahillik dönəmindəki qanunlarımı axtarırlar? Bilgiyə əsaslanan qəti inanc sahibləri üçün Allahdan daha gözəl qanun qoyan ola bilərmi?
Maidə/5:68 De: "Kitablılar! Tövratı, İncili və Rəbbinizdən sizə nazil ediləni tətbiq etmədikcə heç bir təməliniz olmaz." Rəbbindən sənə nazil edilənlər, onların əksəriyyətinin azğınlıq və inkarını artırar. İnkar edən camaat üçün özünü üzmə.

Fatir/35:40 De ki, "Allahdan başqa çağırdığınız ortaqlarınızı düşündünüzmü; onlar yer üzündə nəyi yaratmışlar mənə göstərin?" Yoxsa onların göydə bir ortaqlıqlarımı var? Və ya onlara bir kitab verdik ki, ondakı bir dəliləmi istinad edirlər? Həqiqətən, Zalımlar bir-birlərinə ancaq aldadıcı sözlər verirlər.

Zuxruf/43:20 Hətta, "Rəhman istəsəydi, biz onlara qulluq/xidmət etməzdik," dedilər. Onların bu mövzuda bir bilgiləri yoxdur. Onlar sadəcə təxmin edirlər.

Ənam/6:157 Yaxud, "Bizə də Kitab nazil edilsəydi, onlardan daha (çox) doğru yolda olardıq," da deyə bilməzsiniz. Sizə Rəbbinizdən bir dəlil (bəyyinə), bir hidayət və bir rəhmət gəlmişdir. Allahın ayələrini yalanlayıb ondan üz çevirəndən daha zalım kim ola bilər? Ayələrimizdən üz çevirənləri, üz çevirmələrinə görə əzabın ən pisiylə cəzalandıracağıq.

Nisa/4:174 Ey insanlar! Rəbbinizdən sizə bir dəlil gəldi və üzərinizə açıq-aşkar bir nur endirdik.

Casiyə/45:20 Bunlar, insanlar üçün aydınladıcı dəlillərdir, qəti inanca sahib bir camaata bir rəhbər (yolgöstərən) və rəhmətdir.

Qasas/28:75 Hər bir camaatdan bir şahid seçər və, "Dəlilinizi gətirin!" deyərik. Beləcə, bütün gerçəyin Allaha aid olduğunu öyrənəcəklər və uydurmuş olduqları şeylər onları buraxıb gözdən itəcəkdir.