Əraf - 7:142
Musa ilə otuz gecəlik sözləşdik və ona on gecə də əlavə etdik. Beləcə Rəbbinin təyin etdiyi vaxt qırx gecəyə tamamlandı. Musa, qardaşı Haruna, "Xalqım içində mənim yerimə keç, doğru davran. Fəsad törədənlərin yoluna da uyma," dedi.
"Musa ilə qırx gecəlik vədələşdik": Əlaqəli ayə
Bəqərə/2:51
Musa ilə qırx gecə üçün sözləşmişdik. Ancaq siz onun ardından özünüzə zülm edərək buzova qulluq/xidmət etdiniz.