Əraf - 7:142
Musa ilə otuz gecəlik sözləşdik və ona on gecə də əlavə etdik. Beləcə Rəbbinin təyin etdiyi vaxt qırx gecəyə tamamlandı. Musa, qardaşı Haruna, "Xalqım içində mənim yerimə keç, doğru davran. Fəsad törədənlərin yoluna da uyma," dedi.
Bunlara uyma:
Maidə/5:48
Özündən öncəki kitabları təsdiqləyən, onların yerinə keçən bu kitabı, gerçəklərlə əhatə olunmuş olaraq sənə nazil etdik. Allahın sənə nazil etdiyi ilə aralarında hökm ver. Sənə gələn gerçəkləri buraxıb onların həvəsinə uyma. Hər biriniz üçün bir qanun və üsul müəyyən etdik. Allah istəsəydi hamınızı tək bir camaat edərdi. Ancaq, sizə verdikləriylə sizi sınayır. Yaxşılıq etməkdə yarışın. Hamınızın dönüşü Allahadır. Ayrılığa (ixtilafa) düşdüyünüz mövzuları sizə bildirəcək.
Ənam/6:56
De: "Allahdan başqa çağırdıqlarınıza qulluq/xidmət etməkdən çəkindirildim." De: "Sizin nəfsinizin istəklərinə uymayacağam. Əks halda (haqq yoldan) azar və doğru yolu tapa bilmərəm."
Ənam/6:150
De ki: "Allahın bunu haram etdiyinə (dair) şahidlik edəcək şahidlərinizi gətirin." Şahidlik edərlərsə, onlarla bərabər şahidlik etmə. Ayələrimizi yalanlayanların və axirətə iman etməyənlərin kefinə uyma. Onlar, Rəblərinə başqalarını tay tutmaqdadırlar.
Əraf/7:142
Musa ilə otuz gecəlik sözləşdik və ona on gecə də əlavə etdik. Beləcə Rəbbinin təyin etdiyi vaxt qırx gecəyə tamamlandı. Musa, qardaşı Haruna, "Xalqım içində mənim yerimə keç, doğru davran. Fəsad törədənlərin yoluna da uyma," dedi.
Furqan/25:52
Elə isə, inkar edənlərə tabe olma və bununla (bu Quran ilə) onlara qarşı böyük bir cihad ilə mücadilə et.
Şuəra/26:151
"Həddi aşanların əmrinə tabe olmayın."
Loğman/31:15
Haqqında bilgin olmayan bir şeyi Mənə ortaq qoşmağın üçün səninlə mücadilə edərlərsə, ikisinə də itaət etmə. Ancaq dünyada onlarla yaxşı davranmalısan. Mənə yönələnlərin yoluna tabe ol. Axırda dönüşünüz Mənədir və etdiyiniz hər şeyi sizə bildirəcəyəm.
Əhzab/33:1
Ey Peyğəmbər! Allaha diqqət et, inkar edənlərə və ikiüzlülərə uyma. Allah Biləndir, Hikmət Sahibidir.
Casiyə/45:18
Sonra sənə də din mövzusunda bir qanun verdik; sən ona tabe olmalısan. Bilməyənlərin istəyinə uyma.
Qaləm/68:8
Elə isə yalanlayanlara uyma.
Qaləm/68:9
Özlərinin güzəştə gedib uzlaşa bilməsi üçün, sənin də güzəştə gedib uzlaşmağını istədilər.
Qaləm/68:10
Bunların heç birinə uyma: tez-tez and içən, alçağ,
Qaləm/68:11
İftiraçı, sözgəzdirən,
Qaləm/68:12
Yaxşılığa və yardıma əngəl olan, mütəcaviz, günahkar.
Qaləm/68:13
İnsafsız və saxtakar.
Qaləm/68:14
Mal və övlad sahibidir deyə (onlara uyma).
İnsan/76:24
Elə isə Rəbbinin hökmünü izləməkdə səbr et; onlardan heç bir nankor günahkara tabe olma.