Əraf - 7:145 Hər şeyin detallı açıqlaması və öyüd olaraq hər nə varsa Musa üçün lövhələrə yazdıq: "Bu təlimlərə möhkəm sarıl, xalqına da söylə ona ən gözəl şəkildə sarılsınlar. Yoldan çıxmışların son dayanacağını sizə göstərəcəyəm."
Yoldan çıxmışların son dayanacağı:
İbrahim/14:29 Cəhənnəmdə yanarlar. Necə də pis bir aqibət!

Hədid/57:15 Bu gün nə sizdən, nə də inkar edənlərdən bir fidyə qəbul edilməz. Yeriniz cəhənnəmdir; mövlanız/sahibiniz odur. Nə pis bir məskəndir.

Ali İmran/3:151 Gücsüz və iqtidarsız şəxsləri Allaha ortaq qoşduqlarına görə, inkar edənlərin qəlblərinə qorxu salacağıq. Yerləri atəşdir. Zalımların dayanacağı yer necə də pisdir!
Ali İmran/3:197 Bu, qısa müddətli bir faydalanmadır, sonra cəhənnəmi boylayacaqlar, nə pis bir məskəndir!

Ənfal/8:16 Kim o gün, savaş taktikası və ya başqa bir birliyə qatılma məqsədindən başqa arxasını dönüb qaçarsa, Allahdan bir qəzəbə uğramışdır və yeri də cəhənnəmdir. Necə də pis bir məskunlaşma yeridir.

Furqan/25:65 Və onlar belə deyərlər, "Rəbbimiz, Cəhənnəm cəzasını bizdən uzaqlaşdır. Onun cəzası qorxuncdur."

Saffat/37:62 Bu daha yaxşı bir məskəndir, yoxsa zəqqum ağacımı?"
Saffat/37:64 O, cəhənnəmin dibindən çıxan bir ağacdır.

Sad/38:56 Cəhənnəmdə yanarlar; nə pis bir məskəndir!

Mucadilə/58:8 Gizli toplantılar qurmaqdan çəkindirildikləri halda, hələ də çəkindirildikləri işdə israr edənlər diqqətini çəkmədimi? Onlar günah işləmək, düşmənçilik etmək və elçiyə itaətsizlik etmək məqsədi ilə gizli hazırlıqlar görürlər. Sənin yanına gəldiklərində, Allahın səni salamlamadığı bir şəkildə salamlayırlar. Öz aralarında, "Söylədiklərimizdən ötrü Allah bizi cəzalandırmalı deyildimi?" deyərlər. Cəhənnəm onlara yetər. Orada yanarlar; nə pis bir məskəndir orası.

Təhrim/66:9 Ey Peyğəmbər, kafirlərə və ikiüzlülərə qarşı mücadilə et və onlara qarşı sərt davran. Yerləri cəhənnəmdir. Necə də pis bir məskəndir.

Mulk/67:6 Rəblərini inkar edənlər cəhənnəm cəzasına layiqdirlər. Necə də pis bir məskəndir.