Əraf - 7:146
Yer üzündə haqsız yerə təkəbbür göstərənləri möcüzələrimdən çevirəcəyəm. Hər cürə möcüzəni görsələr də iman etməzlər. Doğru yolu görsələr onu yol seçməzlər. Amma azğınlıq yolunu görsələr onu yol seçərlər. Çünki onlar ayələrimizi yalanladılar və əhəmiyyət vermədilər.
Hər cürə möcüzəni görsələr də iman etməzlər:
Ənam/6:35
Üz çevirmələri sənə ağır gəldisə, biləsən ki, yerin içinə bir dəlik açmağa ya da göyə nərdivan dayamağa gücün yetsə, bir möcüzə ortaya qoysan yenə də təsir etməz... Allah istəsəydi onları doğru yola toplayardı. Elə isə cahillərdən olma!
Hicr/15:14
Onlara göydən bir qapı açsaq və onun içində (yuxarıya doğru) yüksəlmiş olsaydılar,
Hicr/15:15
"Gözlərimiz sərxoş edildi, sehrləndik," deyəcəkdilər.
İsra/17:92
"Və ya iddia etdiyin kimi, göydən üzərimizə parçalar düşürməli, yaxud Allahı və mələkləri qarşımıza gətirməlisən."
Şuəra/26:187
"Doğru sözlüsənsə, göydən üzərimizə kütlələr endir."
Tur/52:44
Göydən bir parçanın düşdüyünü görsələr, "Bulud topasıdır!" deyərlər.