Əraf - 7:155
Musa Bizim təyin etdiyimiz görüş vaxtı üçün xalqının arasından yetmiş kişi seçdi. Onları sarsıntı tutunca: "Rəbbim, istəsəydin məni və onları daha öncə məhv edərdin. İçimizdəki başıboşların (səfehlərin) etdiklərinə görə bizi həlakmı edəcəksən? Bu, Sənin edəcəyin bir sınaq olmalıdır. İstədiyini onunla azdırar, istədiyini də onunla doğru yola yönəldərsən. Sahibimiz Sənsən; bizi bağışla, bizə acı. Sən ən yaxşı Bağışlayansan," dedi,
Doğru yol nə deməkdir?
Fussilət/41:30
"Rəbbimiz Allahdır," dedikdən sonra doğru yolu izləyənlərin üzərinə mələklər enər, "Qorxmayın, üzülməyin və dəvətli olduğunuz cənnətlə sevinin."
Məryəm/19:36
"Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Doğru yol budur."
Ya sin/36:60
Ey Adəmin övladları, şeytana qulluq/xidmət etməyəcəyinizə dair sizdən söz almamışdımmı? O sizin açıq-aydın düşməninizdir.
Ya sin/36:61
Mənə qulluq edin. Bu ən doğru yoldur.
Ali İmran/3:51
"Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Budur doğru yol."
Zuxruf/43:61
O (İsa), Saat haqqında bir bilgi qaynağı və işarətdir. Elə isə onun (zamanı) haqqında şübhə etməyin və məni izləyin. Doğru yol budur.
Zuxruf/43:64
"Allah mənim Rəbbim və sizin də Rəbbinizdir, sadəcə Ona qulluq etməlisiniz. Ən doğru yol budur."