Əraf - 7:156
"Bu dünyada da bizim üçün yaxşılıq yaz, axirətdə də... Biz Sənə yönəldik." Dedi ki: "Əzabım istədiyim kimsəyə toxunacaqdır. Rəhmətim isə hər şeyi bürümüşdür; onu xüsusilə: müttəqi bir həyat sürənlərə, zəkatı verənlərə və ayələrimizə iman edənlərə yazacağam."
"Bu, dünyada da bizim üçün yaxşılıq yaz, axirətdə də": İstəyərkən həm dünya, həm də axirət üçün istəməliyik.
Bəqərə/2:200
Mərasiminizi bitirdiyiniz zaman, atalarınızı xatırladığınız kimi, hətta daha güclü olaraq Allahı xatırlamağa davam edin. İnsanlardan bəzisi: “Rəbbimiz, bizə bu dünyada ver,” deyər; onun axirətdən bir payı olmaz.
Bəqərə/2:201
Kim ki, “Rəbbimiz, bizə dünyada da, axirətdə də yaxşılıq ver. Bizi atəşin əzabından qoru," deyər.
Bəqərə/2:202
Hamısının qazandıqlarından bir payı vardır. Allah tez haqq-hesab çəkəndir.