Əraf - 7:158 De ki: "Ey insanlar, mən, hamınız üçün, göylərin və yerin hökmranlığına sahib olan Allahın elçisiyəm. Ondan başqa tanrı yoxdur. Dirildir və öldürür." Allaha və ümmi olan elçisinə iman edin, Necə ki, o da Allaha və sözlərinə iman etməkdədir. Ona tabe olun ki, doğrunu tapa biləsiniz.
Allah, bizləri hər gün dirildib öldürür. Bu, axirətdə yenidən dirildiləcəyimizin işarəsidi.
Ənam/6:60 Odur, Gecə vaxtı sizi öldürən, gündüz vaxtı nə işlədiyinizi bilən, müəyyən həyat müddəti dolsun deyə gündüz vaxtı sizi dirildən... Sonra dönüşünüz Onadır və etdiklərinizi sizə xəbər verəcəkdir.

Zumər/39:42 Allah ölümü anında nəfsi (şüuru) alar; ölməyənləri də yuxu anında... Haqqında ölüm qərarı verdiklərini saxlayar və digərlərini də bəlli bir vaxta qədər geri buraxar. Düşünən bir topluluq üçün bunda dərslər və işarələr vardır.

Furqan/25:47 Və O, gecəni sizə bir örtük, yuxunu bir dincəlmə və gündüzü də bir dirilmə zamanı edəndir.