Əraf - 7:161 Xatırla ki, onlara: "Bu şəhərdə sakin olun, orada istədiyiniz kimi yeyin, dostca danışın və qapıdan təvazökar olaraq girin ki, xətalarınızı bağışlayaq. Yaxşılıq edənlərə daha çoxunu verəcəyik," deyildiyində,
7: 161 ilə əlaqəli:
Nisa/4:154 Onlardan söz alarkən Sina Dağını üzərlərinə yüksəltdik. Onlara, "Qapıdan təvazökar olaraq daxil olun," - dedik. Onlara, "Şənbə gününün qadağasını pozmayın," - dedik; onlardan sağlam bir söz aldıq.

Bəqərə/2:83 İsrail oğullarından bu cür söz almışdıq: “Allahdan başqasına qulluq/xidmət etməyəcəksiniz, anaya, ataya, yaxınlara, yetimlərə və yoxsullara yaxşılıq edəcəksiniz. İnsanlarla dost kimi danışacaqsınız. Namazı qoruyacaq və zəkatı verəcəksiniz!” Fəqət bundan sonra az bir qisminiz istisna olmaqla, üz çevirib döndünüz.