Əraf - 7:167
Ayrıca Rəbbin, dirilmə gününə qədər onlara cəzaların ən pisini verəcək kimsələr göndərəcəyini bildirdi. Rəbbin tez nəticələndirəndir və əlbəttə O, Bağışlayandır, Rəhmlidir.
"Cəzalarını verəcək kimsələr göndərəcək": Əlaqəli ayə
İsra/17:4
Kitabda İsrail oğullarına: "Yer üzündə iki dəfə fəsad törədəcəksiniz və olduqca təkəbbürlənəcəksiniz," deyə bildirdik,
İsra/17:5
"Birincisinin zamanı gəlincə, böyük gücə sahib qullarımızı üstünüzə göndərərik. Evlərinizə qədər girərək araşdırarlar. Gerçəkləşməsi lazım olan bir sözdü bu."
İsra/17:6
"Sonra onlara qalib gəlmək imkanını sizə verəcəyik, sizi mal və soy ilə dəstəkləyərək savaşçılarınızı çoxaldacağıq."
İsra/17:7
"Yaxşı davranarsanız, özünüz üçün yaxşı davranmış olarsınız. Pis davranarsanız yenə özünüz üçündür. Sonuncusunun zamanı gəlincə, sizi kədərə boğacaqlar və ilk dəfə girdikləri kimi məscidə girəcəklər. Ələ keçirdiklərini yerlə bir edəcəklər."
İsra/17:8
Rəbbiniz sizə rəhmət edər. Siz (fəsad törətməyə) dönərsəniz, Biz də (cəzalandırmağa) dönərik. Cəhənnəmi kafirlər üçün zindan etdik.