Əraf - 7:168 Onları yer üzündə topluluqlara ayırdıq. Bir qismi yaxşı, digər bir qismi isə alçalmış vəziyyətdə idi. Dönərlər deyə onları yaxşılıqlar və pisliklərlə sınadıq.
"Onları yer üzündə topluluqlara ayırdıq": Əlaqəli
Maidə/5:12 Allah, İsrail oğullarından söz almışdı və içlərindən on iki başçı göndərmişdik. Allah demişdi ki: “Namazı qoruyarsanız, zəkatı verərsəniz, elçilərimə iman edip onlara hörmət qoyarsanız və Allaha gözəl bir borc verərsəniz sizinlə bərabərəm. Günahlarınızı örtər, içlərindən çaylar axan bağçalarda ağırlayaram. Artıq sizdən kim bundan sonra inkar edərsə, doğru yoldan azmış olar."

Bəqərə/2:60 Bir zamanlar Musa öz xalqı üçün su axtarmışdı. “Dəyənəyinlə daşa vur!”– demişdik. Bundan sonra daşdan on iki bulaq fışqırmışdı. Hər qəbilə, içməsi üçün ayrılan bulağı tanıyıb bilmişdi: “Allahın ruzisindən yeyin-için və yer üzündə fəsad törədərək gəzib-dolaşmayın.”