Əraf - 7:171 Dağı bir çətir kimi üzərlərində sallamışdıq. Belə ki, təpələrinə düşəcəyini sanmışdılar: "Sizə verdiyimə möhkəmcə sarılın. Qurtula bilməniz üçün məzmunu üzərində düşünün."
İsrail oğullarına verilən kitab:
Ali İmran/3:3 Sənə bu kitabı, özündən öncəkiləri təsdiqləyici olaraq gerçəklə nazil etdi. Tövratı və İncili də nazil etdi.
Ali İmran/3:4 Bundan öncə insanlara yol göstərən olaraq, Qanunlar kitabını nazil etdi. Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Üstündür, Öc Alandır.

Ənbiya/21:48 Musaya və Haruna Qanunlar Kitabını, müttəqilər üçün bir nuru, bir mesajı verdik.

Furqan/25:1 Bütün dünyaya bir xəbərdarlıq olaraq, Qanunlar Kitabını quluna nazil edən çox Ucadır.