Əraf - 7:176 İstəsəydik onu ayələrimizlə yüksəldərdik. Fəqət o, dünyaya bağlandı və həvəsinin ardına düşdü. Onun durumu, üstünə getsən də, getməsən də dili çöldə ləhləyən qəzəbli bir itin vəziyyətinə bənzəyər. Ayələrimizi yalanlayan topluluqların vəziyyəti bax belədir. Bu hadisəni çatdır, ola bilər ki, düşünərlər.
İstəsəydik onu ayələrimizlə yüksəldərdik.": Məqsəd nədir?
Ta ha/20:75 İman etmiş və müttəqi bir həyat sürmüş olaraq Ona gələnlər isə, yüksək dərəcələrə layiqdirlər.
Ta ha/20:76 Ədn bağçaları ki, altından çaylar axar. Orada əbədi qalacaqlar. Təmizlənənlərin mükafatı bax belədir.

Əraf/7:156 "Bu dünyada da bizim üçün yaxşılıq yaz, axirətdə də... Biz Sənə yönəldik." Dedi ki: "Əzabım istədiyim kimsəyə toxunacaqdır. Rəhmətim isə hər şeyi bürümüşdür; onu xüsusilə: müttəqi bir həyat sürənlərə, zəkatı verənlərə və ayələrimizə iman edənlərə yazacağam."

Səcdə/32:15 Ayə və möcüzələrimizə gerçəkdən iman edənlər, onları eşitdikləri zaman səcdəyə vararlar və təkəbbür göstərmədən Rəblərini ucaldarlar.
Səcdə/32:16 Yataqlarından qalxıb qorxaraq və ümid edərək Rəblərinə yalvararlar. Onlara verdiyimiz nemətlərdən də verərlər.
Səcdə/32:17 Etdiklərinə qarşılıq olaraq, onları nə qədər böyük bir sevinc və xoşbəxtlik gözlədiyini heç kimsə bilə bilməz.

Zumər/39:33 Gerçəyi gətirən və onu təsdiqləyənə gəlincə, məhz onlar müttəqilərdir.

Zuxruf/43:68 Qullarım, bu gün sizə qorxu yoxdur və üzülməyəcəksiniz.
Zuxruf/43:69 Ayələrimə iman edənlər və təslim olanlar,
Zuxruf/43:70 Siz və həmtaylarınız cənnətə girin; sevinc içində qarşılanacaqsınız.

Yunus/10:2 Özlərindən bir adama: "İnsanları xəbərdar et və iman edənlərə Rəbləri qatında önəmli bir yerə sahib olduqlarını müjdələ," deyə vəhy etməmiz insanlara qəribəmi gəlir? İnkar edənlər, "Bu, açıq-aşkar bir sehrbazdır," dedilər.

İsra/17:21 İnsanları bir-birindən necə üstün etdiyimizə diqqət et. Axirətin dərəcələri və üstünlükləri daha böyükdür.
İsra/17:79 Bir də əlavə olaraq gecə vaxtı meditasiyada ol ki, Rəbbin səni şərəfli bir məqama yüksəltsin.