Əraf - 7:185
Göylərin və yerin səltənətinə və Allahın yaratdığı şeylərə baxmırlarmı? Son anlarının yaxınlaşa biləcəyini heç düşünmürlərmi? Bundan sonra artıq hansı hədisə (sözə) inanırlar?
Allahın ayələrindən başqa hansı hədisə inanırlar?: Əlaqəli
Casiyə/45:6
Bunlar, sənə gerçək olaraq oxuduğumuz Allahın ayələridir. Allahdan və ayələrindən başqa hansı hədisə inanırlar?
Əraf/7:185
Göylərin və yerin səltənətinə və Allahın yaratdığı şeylərə baxmırlarmı? Son anlarının yaxınlaşa biləcəyini heç düşünmürlərmi? Bundan sonra artıq hansı hədisə (sözə) inanırlar?
Mursəlat/77:50
Artıq bundan sonra hansı hədisə (sözə) iman edirlər?