Əraf - 7:188 De ki: "Allahın istədiyindən başqa mən özümə nə bir fayda, nə də bir zərər verə bilmərəm. Gizlini bilsəydim malımı artırardım, mənə pislik də toxunmazdı. Mən ancaq iman edən bir camaat üçün bir xəbərdarlıq edən və müjdə verənəm."
7: 188 ilə əlaqəli ayə:
Hud/11:31 "Allahın xəzinələrinin yanımda olduğunu söyləmirəm, gizli olanı bilmirəm, mələk olduğumu da irəli sürmürəm. Xor baxdığınız kimsələrə, Allahın bir yaxşılıq bağışlamayacağını da söyləmirəm. Onların gizli düşüncələrini Allah daha yaxşı bilir. Əks təqdirdə zalımlardan olaram."

Ənam/6:50 De: "Sizə, Allahın xəzinələri mənim yanımdadır demirəm. Gizli olan şeyləri də bilmirəm. Sizə, bir mələk olduğumu da söyləmirəm. Sadəcə mənə vəhy ediləni izləyirəm." Bunu da söylə: "Kor ilə görən eynidirmi?" Düşünmürsünüz?

Əraf/7:188 De ki: "Allahın istədiyindən başqa mən özümə nə bir fayda, nə də bir zərər verə bilmərəm. Gizlini bilsəydim malımı artırardım, mənə pislik də toxunmazdı. Mən ancaq iman edən bir camaat üçün bir xəbərdarlıq edən və müjdə verənəm."