Əraf - 7:26 Adəm oğulları, sizə, bədəninizi örtəcək və süsləyəcək libaslar hazırladıq. Müttəqilik libası isə daha xeyirlidir. Bunlar, Allahın işarətləridir, ola bilər ki, öyüd alarsınız.
Təqva libası:
Səba/34:37 Sizi bizə yaxınlaşdıran şey nə paralarınızdır (pullarınızdır), nə də övladlarınızdır. Ancaq iman edən və müttəqi davrananlar xaric. Onlara, etdiklərinin iki qat qarşılığı veriləcəkdir və mənzillərində əmin-amanlıq içindədirlər.

Həşr/59:18 Ey iman edənlər, Allahı saya salıb dinləyin. Hər kəs sabah üçün nə hazırladığına baxsın. Allahı saya salıb dinləyin. Allah etdiklərinizdən xəbərdardır.

Əraf/7:26 Adəm oğulları, sizə, bədəninizi örtəcək və süsləyəcək libaslar hazırladıq. Müttəqilik libası isə daha xeyirlidir. Bunlar, Allahın işarətləridir, ola bilər ki, öyüd alarsınız.

Bəqərə/2:197 Həcc, bilinən aylarda yerinə yetirilməlidir. Kim o aylarda həccə qərar vermişsə, bilsin ki, həcdə cinsi əlaqə, pislik etmək, mübahisə etmək yoxdur. Etdiyiniz hər yaxşılığı Allah bilir. Yol üçün azuqənizi hazırlayarkən, ən xeyirli azuqənin müttəqilik olduğunu unutmayın. Dərrakə sahibləri! Məni dinləyin.