Əraf - 7:27
Adəm oğulları, şeytan, ana-atanızın vücudlarını özlərinə göstərmək üçün libaslarını soyunduraraq cənnətdən çıxartdığı kimi sizi də çaşdırmasın. O və qəbiləsi sizin onları görmədiyiniz yerdən sizi görürlər. Biz, şeytanları, iman etməyənlərin dostları etdik.
"Şeytan və qəbiləsi görmədiyiniz yerdən sizi görürlər": Əlaqəli
Əraf/7:27
Adəm oğulları, şeytan, ana-atanızın vücudlarını özlərinə göstərmək üçün libaslarını soyunduraraq cənnətdən çıxartdığı kimi sizi də çaşdırmasın. O və qəbiləsi sizin onları görmədiyiniz yerdən sizi görürlər. Biz, şeytanları, iman etməyənlərin dostları etdik.
Nisa/4:119
"Onları azdıracağam, onları xülyalarla məşğul edəcəyəm; heyvanların qulaqlarını yarmalarını (beləcə ətlərini haram etmələrini) əmr edəcəyəm, Allahın yaratdıqlarını dəyişdirmələrini əmr edəcəyəm”. Kim Allah yerinə şeytanı dost və hökmdar seçərsə, açıq-aşkar bir ziyana uğramışdır.
İsra/17:64
Onlardan gücün çatdığı kimsələri səsinlə yerindən oynat, onlara qarşı bütün gücünü və adamlarını səfərbər et, paralarının (pullarının) və övladlarının bir bölümünə ortaq ol və onlara ümid ver. Şeytan, onlara ancaq saxta ümidlər verir."
Əraf/7:17
"Sonra önlərindən, arxalarından, sağlarından və sollarından onlara (onların yanına) soxulacağam. Beləcə əksəriyyətini şükür edən görməyəcəksən."