Əraf - 7:32
De ki: "Allahın, Öz qulları üçün yaratdığı süsləri və gözəl ruziləri kim haram edə bilər?" De ki: "Onlar dünya həyatında iman edənlər üçündür, axirətdə isə sadəcə onlar üçündür." Bilən bir camaat üçün ayələrimizi bu cür detallı açıqlayırıq.
Dünyada daddığımız ruzilərin bənzərləri axirətdə də olacaq:
Bəqərə/2:25
İman edib müttəqi davrananları, içlərində çaylar axan cənnətlərlə (bağçalarla) müjdələ. Onlara oradakı məhsullardan ruzilər verildiyində "Bu, daha öncə bizə verilən nemətlərdir," deyərlər. Beləcə, onlara məcazi oxşarlar (bənzətmələr) verilər. Onlar üçün orada tərtəmiz əşlər vardır və onlar orada əbədi qalıcıdırlar.