Əraf - 7:35 Adəm oğulları, sizə içinizdən elçilər gəlib sizə ayələrimi bildirdikləri zaman dinləyib özlərini düzəldənlərə nə bir qorxu vardır, nə də onlar üzülərlər.
Özlərini islah edənlər, buna görə də qorxu və üzüntü hiss etməyəcək olanlardır:
Bəqərə/2:62 İman edənlər, Yəhudilər, digər dinlərdən olanlar və Xristianlardan kim Allaha və Axirət gününə iman edər və muttəqi bir həyat sürərsə, mükafatı Rəblərinin yanındadır. Onlara qorxu yoxdur və onlar üzülməzlər.
Bəqərə/2:112 Doğrusu, kim yaxşılıq edərək özünü Allaha təslim edərsə, onun mükafatı Rəbbinin yanındadır; onlara qorxu yoxdur və onlar üzülməyəcəkdir.
Bəqərə/2:262 Paralarını (pullarını) Allah yolunda xərclədikdən sonra yaxşılıqlarını minnət qoyub əziyyət etməyənlər üçün Rəbləri qatında mükafatları vardır. Onlara qorxu və üzüntü yoxdur.
Bəqərə/2:274 Paralarını (pullarını) gecə və gündüz, gizli və aşkar yardım üçün verənlərin mükafatı Rəblərinin yanındadır. Onlara qorxu yoxdur və onlar üzülməzlər.
Bəqərə/2:277 İman edib müttəqi bir həyat sürərək namazı qoruyanların və zəkatı verənlərin mükafatları Rəbləri qatındadır. Onlar üçün qorxu yoxdur və onlar üzülməzlər.

Maidə/5:69 İman edənlər, Yəhudilər, digər dinlərdən olanlar və Xristianlardan kim Allaha və Axirət gününə iman edər və muttəqi bir həyat sürərsə, nə bir qorxu vardır, nə də onlar üzülərlər.

Ənam/6:48 Biz elçiləri, ancaq müjdələyicilər və xəbərdar edicilər kimi göndəririk. Kim iman edib özünü düzəldərsə, onlara bir qorxu yoxdur və onlar üzülməyəcəklər.

Əraf/7:35 Adəm oğulları, sizə içinizdən elçilər gəlib sizə ayələrimi bildirdikləri zaman dinləyib özlərini düzəldənlərə nə bir qorxu vardır, nə də onlar üzülərlər.

Yunus/10:62 Allahın dostları üçün nə bir qorxu vardır, nə də üzülərlər.

Zuxruf/43:67 Müttəqilərdən başqa, o gün yaxın dostlar bir-birlərinə düşmən kəsiləcək.
Zuxruf/43:68 Qullarım, bu gün sizə qorxu yoxdur və üzülməyəcəksiniz.

Əhqaf/46:13 "Rəbbimiz Allahdır," dedikdən sonra doğru yolu izləyənlərə, nə bir qorxu vardır, nə də onlar üzülərlər.