Əraf - 7:37 Allaha yalan iftira edəndən və ya ayələrini yalanlayandan daha zalım kim ola bilər? Onların kitabda anlatılan payları onlara yetişəcəkdir. Elçilərimiz onlara gəlib canlarını alarkən: "Allahdan başqa qulluq/xidmət etdikləriniz haradadır," dediklərində, "Bizi tərk etdilər," deyərlər. İnkarçı olduqlarına dair öz əleyhlərində şahidlik edərlər.
Allaha yalan iftira edənlərin elçilər canlarını alarkən:
Ənam/6:93 Allah adına yalan uydurandan və özünə heç bir şey vəhy edilmədiyi halda, "Mənə vəhy edilir," deyəndən və "Allahın endirdiyi kimi mən də endirəcəyəm," deyəndən daha zalım kim ola bilər? Can verdikləri vaxt zalımları bir görəsən! Mələklər, əllərini uzatmışdır: "Canınızı verin! Allah haqqında gerçək olmayanı söyləmənizə və Onun ayələrini (vəhyini və möcüzələrini) kibr və qürurla qarşılamanıza görə bu gün utandırıcı əzabla cəzalandırılacaqsınız."