Əraf - 7:41
Onlar üçün Cəhənnəmdən bir yataq və üstlərində də bir örtük vardır. Zalımları bax belə cəzalandırırıq.
Allahın ayələrini məsxərəyə qoyub, inkar edənlər:
Bəqərə/2:87
Musaya Kitabı verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Məryəm oğlu İsaya da açıq-aşkar dəlillər verdik və onu Müqəddəs Ruh ilə dəstəklədik. Məgər bir elçi sizə xoşlamadığınız bir şey gətirdikdə təkəbbür göstərmədinizmi? Necə ki, (onların) bir qismini yalançı hesab etdiniz və bir qismini də öldürdünüz.
Saffat/37:35
Onlara "La ilahə illəllah" deyildiyində təkəbbür göstərirdilər.
Saffat/37:36
"Tanrılarımızı dəli bir şairə görə tərk edəcəyik?" deyirdilər.
Nisa/4:46
Yəhudilərin bir qismi kəlmələrin mənasını dəyişdirir və "eşitdik ancaq qəbul etmirik", və ya "sözünüz kar qulağa girir" və ya dini məsxərəyə qoymaq üçün dillərini əyib-bükərək, "Raina (çobanımız ol)" deyərlər. Onlar, "Eşitdik və itaət etdik", "Dinləyirik" və "Bizə nəzər sal", desəydilər özləri üçün daha yaxşı və daha doğru olardı. Lakin Allah inkarlarına görə onları lənətləmişdir. Çoxları iman etməz.
Ənam/6:25
Onların bir qismi səni dinləyir. Fəqət, qəlbləri üzərinə anlamalarına əngəl olacaq pərdələr, qulaqlarına da ağırlıq qoyarıq. Hər bir möcüzəni görsələr də ona iman etməzlər. Buna görə sənin yanına gəldiklərində səninlə mübahisə edir və inkar edənlər, "Bu ancaq bir əfsanədir," deyir.
Ənam/6:93
Allah adına yalan uydurandan və özünə heç bir şey vəhy edilmədiyi halda, "Mənə vəhy edilir," deyəndən və "Allahın endirdiyi kimi mən də endirəcəyəm," deyəndən daha zalım kim ola bilər? Can verdikləri vaxt zalımları bir görəsən! Mələklər, əllərini uzatmışdır: "Canınızı verin! Allah haqqında gerçək olmayanı söyləmənizə və Onun ayələrini (vəhyini və möcüzələrini) kibr və qürurla qarşılamanıza görə bu gün utandırıcı əzabla cəzalandırılacaqsınız."
Əraf/7:146
Yer üzündə haqsız yerə təkəbbür göstərənləri möcüzələrimdən çevirəcəyəm. Hər cürə möcüzəni görsələr də iman etməzlər. Doğru yolu görsələr onu yol seçməzlər. Amma azğınlıq yolunu görsələr onu yol seçərlər. Çünki onlar ayələrimizi yalanladılar və əhəmiyyət vermədilər.
Ənfal/8:31
Ayələrimizi dinlədikləri zaman, "Eşitdik, istəsək biz də bunun bir bənzərini gətirərik. Bu, keçmişlərin əfsanələrindən başqa bir şey deyildir," deyirdilər.
Yunus/10:15
Onlara açıq-aşkar ayələrimiz oxunduğu zaman, Bizə qovuşmağı ümid etməyənlər, "Bundan başqa bir Quran gətir, yaxud onu dəyişdir!" deyərlər. De ki: "Onu öz tərəfimdən dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy edilənə tabe oluram. Rəbbimə qarşı gələrsəm, böyük günün əzabından qorxuram."
İsra/17:45
Quran oxuduğun zaman, səninlə Axirətə iman etməyənlərin arasına görünməz bir əngəl yerləşdirərik.
İsra/17:46
Və onu anlamalarını əngəlləmək üçün qəlblərinə qabıqlar (örtüklər) və qulaqlarına da ağırlıq qoyarıq. Rəbbini yalnızca Quranda xatırladığın zaman nifrətlə geriyə dönərlər.
İsra/17:47
Səni dinlədikləri zaman necə eşitdiklərini və öz aralarında danışdıqları vaxt zalımların, "Siz sadəcə sehrlənmiş bir adamı izləyirsiniz," dediklərini yaxşı bilirik.
İsra/17:48
Diqqət et, səni necə də tərif edərək (tanıdaraq) azırlar və artıq bir daha yol tapa bilməzlər.
Məryəm/19:73
Onlara ayələrimiz açıq-aşkar olaraq oxunduğu zaman inkar edənlər iman edənlərə, "Hansımız rifah və say baxımından daha çox üstünlüyə sahibdir?" deyərlər.
Həcc/22:72
Onlara açıq-aşkar ayələrimiz oxunduğunda, inkar edənlərin üzündə inkarçılığı oxuyarsan. Onlara ayələrimizi oxuyanların üzərinə az qala hücum edəcəklər. De ki, "Bundan daha pisini sizə bildirimmi? Atəş! Allah onu kafirlərə vəd etmişdir. Necə də pis bir aqibətdir!"
Furqan/25:43
Arzusunu tanrı seçən şəxsi gördünmü? Sənmi ona advokatlıq (vəkillik) edəcəksən?
Furqan/25:44
Onların çoxunun gerçəkdən eşitdiklərini yaxud da anladıqlarınımı sanırsan? Onlar sadəcə kənd təsərrüfatı heyvanları kimidir; Xeyr, yol baxımından daha da azğındırlar.
Rum/30:52
Sən nə ölülərə eşitdirə bilərsən, nə də arxa çevirib gedən karlara çağırışı eşitdirə bilərsən.
Loğman/31:6
İnsanlardan bəzisi var ki, insanları bilgisizcə Allahın yolundan azdırmaq və onu kiçik hesab etmək üçün təməlsiz hədislərə sarılarlar. Onlar üçün alçaldıcı bir əzab vardır.
Loğman/31:7
Ona ayələrimiz oxunduğu zaman, sanki onu heç eşitməmiş kimi, sanki qulaqlarında ağırlıq (karlıq) varmış kimi böyüklənərək arxa çevirər. Ona ağrılı-acılı əzabı müjdələ.
Səba/34:43
Onlara açıq-aşkar ayələrimiz oxunduğu zaman: "Bu, həqiqətən, sizi atalarınızın qulluq/xidmət etmə yolundan azdırmaq istəyən bir adamdır." Üstəlik, "Bu, uydurulmuş bir iftiradan başqa bir şey deyildir," dedilər. İnkar edənlər, özlərinə gələn gerçək üçün dedilər: "Açıq-aydın, bu bir sehrdir."
Saffat/37:12
Sən heyran olarkən, onlar istehza edirlər.
Saffat/37:13
Onlara xatırladıldığında öyüd almırlar.
Saffat/37:14
Bir dəlil gördüklərində onu məsxərəyə qoyurlar.
Saffat/37:15
Deyərlər: "Bu, açıq-aşkar bir sehrdən başqa bir şey deyildir."
Saffat/37:16
"Biz ölüb, torpaq və sümük olduqdan sonra dirildiləcəyik, eləmi?"
Saffat/37:17
"Hətta bizdən öncəki atalarımız da eləmi?"
Fussilət/41:44
Onu yad dildə bir Quran etsəydik, "Onun ayələri açıqlanmalı deyildimi?" deyəcəkdilər. İstər yad dil, istər Ərəbcə olsun, de ki, "O, iman edənlər üçün (dilləri nə olur olsun) bir rəhbər və şəfadır. İman etməyənlərin isə qulaqlarında ağırlıq vardır. Onlara sanki uzaq bir yerdən səslənilirmiş kimi onlara qarşı qapalıdır."
Casiyə/45:25
Onlara açıq-aydın ayələrimiz oxunduğunda, "Doğru sözlüsünüzsə, atalarımızı geri gətirin," deməkdən başqa dəlilləri yoxdur.
Casiyə/45:31
İnkar edənlərə gəlincə, "Ayələrimiz sizə oxunmuş və siz də təkəbbür göstərib günahkar bir topluluq olmamışdınızmı?
Casiyə/45:32
Onlara Allahın sözünün bir gerçək, və Saatın qətiləşməsi qaçılmaz bir hadisə olduğu söyləndiyində siz, "Saatın nə olduğunu bilməyirik! Biz sadəcə müxtəlif gümanlara sahibik və bu mövzuda qəti bir bilgi əldə etmiş deyilik," deyirdiniz.
Casiyə/45:33
Etdikləri pisliklər özlərinə görünəcək və istehza etdikləri şey onları bürüyüb ovlayacaqdır.
Əhqaf/46:7
Onlara açıq-aşkar ayələrimiz oxunduğunda, özlərinə gələn gerçəyə qarşı çıxanlar: "Bu, açıq-aydın bir sehrdir" dedilər.
Qaləm/68:15
Ayələrimiz ona oxunduğu zaman: "Əfsanədir," deyər.
Mutaffifin/83:12
Onu ancaq azğın günahkarlar yalanlayar.
Mutaffifin/83:13
Ona ayələrimiz yetişdiyində, "Əfsanədir" deyərdi.
İnşiqaq/84:20
Bəs onlar nə üçün iman etmirlər?
İnşiqaq/84:21
Onlara Quran oxunduğunda nə üçün qəbul etmirlər?
İnşiqaq/84:22
Əksinə, inkar edənlər yalanlayırlar.