Əraf - 7:45 Onlar ki, Allahın yolundan uzaqlaşdırarlar və onu əyri göstərmək istəyərlər. Və onlar axirəti də inkar edərlər.
Axirət mövzusunda inkar edənlərin görüşləri (bilikləri):
İsra/17:45 Quran oxuduğun zaman, səninlə Axirətə iman etməyənlərin arasına görünməz bir əngəl yerləşdirərik.
İsra/17:46 Və onu anlamalarını əngəlləmək üçün qəlblərinə qabıqlar (örtüklər) və qulaqlarına da ağırlıq qoyarıq. Rəbbini yalnızca Quranda xatırladığın zaman nifrətlə geriyə dönərlər.
İsra/17:47 Səni dinlədikləri zaman necə eşitdiklərini və öz aralarında danışdıqları vaxt zalımların, "Siz sadəcə sehrlənmiş bir adamı izləyirsiniz," dediklərini yaxşı bilirik.
İsra/17:48 Diqqət et, səni necə də tərif edərək (tanıdaraq) azırlar və artıq bir daha yol tapa bilməzlər.
İsra/17:49 Dedilər ki: "Sümük və xırda parçalanmış hala düşdükdən sonramı yeni bir yaradılışla dirildiləcəyik?!"
İsra/17:51 "Yaxud sizə görə qeyri-mümkün görünən bir formaya girin, fərq etməz." Buna qarşılıq, "Bizi kim geri döndərəcək," deyəcəklər. De ki: "Sizi ilk öncə kim yaratdısa O!" Sonra başlarını sallayıb, "Yaxşı, nə zaman?" deyəcəklər. De ki: "Bəlkə düşündüyünüzdən daha yaxın..."

Zumər/39:45 Allah tək olaraq xatırlandığı an Axirətə iman etməyənlərin qəlbləri hüzursuz olaraq ürkər (qorxub çəkinər). Fəqət Ondan başqaları xatırlandığı zaman dərhal üzləri gülər.

Nəhl/16:22 Tanrınız bir tək Tanrıdır. Axirətə iman etməyənlərin qəlbləri inkarçıdır və onlar təkəbbür göstərərlər.
Nəhl/16:60 Axirətə iman etməyənlər pis örnəyi əmələ gətirirlər; halbuki ən uca örnəklər Allahındır. O üstündür, Hikmət sahibidir.

Nəml/27:4 Axirətə iman etməyənlərə gəlincə, etdiklərini özlərinə süslü göstərmişik, sərgərdan qalarlar.

Nəcm/53:27 Axirətə iman etməyənlər, mələkləri dişi olaraq vəsf etməkdədirlər.
Nəcm/53:28 Onların bu mövzuda bir bilgiləri yoxdur, onlar ancaq zənnə uyurlar. Zənn isə gerçəyin yerini tuta bilməz.

Ənam/6:112 Beləcə, hər peyğəmbərə insanlardan və cinlərdən olan şeytanları düşmən etdik. Aldatmaq üçün bir-birlərinə yaldızlı sözləri vəhy edərlər. Rəbbin istəsəydi, bunu edə bilməzdilər. Onlara və etdikləri iftiralara əhəmiyyət vermə.
Ənam/6:113 Axirətə iman etməyənlərin qəlbi ona aldansın, ondan xoşlansın və gerçəkdən etmək istədiklərini edə bilsinlər deyə...

Səba/34:7 İnkar edənlər dedilər: "Siz parça-parça dağıldıqdan sonra yeni bir yaradılışla dirildiləcəyinizi bildirən bir adamı sizə göstərəkmi?"
Səba/34:8 "Allaha yalanmı isnad edir, yoxsa onda dəlilikmi var?" Halbuki axirətə iman etməyənlər, uzaq bir azğınlıq və əzab içindədirlər.

Nəml/27:66 Doğrusu, onların axirət haqqındakı bilgiləri ordan-burdan yığılmadır (doğru olmayan bilgilərdir). Doğrusu, onlar bir şübhə içində, daha doğrusu, onlar ona tamamilə kordurlar.
Nəml/27:67 İnkar edənlər dedilər: "Biz və atalarımız torpaq olduqdan sonramı çıxardılacağıq?"
Nəml/27:68 "Bizə və atalarımıza da daha öncə eyni söz verilmişdi. Bunlar, keçmişdəkilərin nağıllarından başqa bir şey deyildir."