Əraf - 7:46
Aralarını bir pərdə bölər. Orta yerdə də bəzi kimsələr var ki, hər kəsi görünüşlərindən tanıyırlar. Cənnət əhlinə, "Salam sizə," deyə səslənərlər. Bunlar oraya (cənnətə), canları istədikləri halda girə bilmədilər.
Dirilmə günü günahkarların üzləri:
Yunus/10:27
Pislik və günah qazananlara isə pisliyinin eynisi ilə qarşılıq verilər. Üzlərini bir alçalma hissi bürüyər. Allahdan başqa bir qoruyucuları yoxdur. Üzləri sanki qaranlıq gecədən bir parçayla bürünmüşdür. Onlar atəş əhlidir; onlar orada əbədi qalacaqlar.
İbrahim/14:49
O gün günahkarları, zəncirlərə vurulmuş olaraq görərsən.
İbrahim/14:50
Geyimləri qatrandandır və üzlərini atəş bürüyər.
İbrahim/14:51
Beləcə Allah hər kəsə qazandığının qarşılığını verir. Allah tez haqq-hesab çəkəndir.
Ta ha/20:102
Boruya üfürüləcəyi gün, günahkarları o gün göyərmiş (kədərdən üzlərinin bozarmış) olaraq toplayarıq.
Rahmən/55:41
Günahkarlar üzlərindən tanınar və zorla götürülərlər.
Qiyamə/75:24
O gün bəzi üzlər də var ki, qaşqabaqlıdır.
Qiyamə/75:25
Bel sümüyünün qırılacağından narahatdır.
Əbəsə/80:40
O gün bəzi üzlər də pərişan;
Əbəsə/80:41
Zülmət bürümüşdür.
Əbəsə/80:42
Bax onlar inkar edənlərdir, yoldan çıxanlardır.
Zumər/39:60
Dirilmə Günü, Allah haqqında yalan uyduranların üzlərini üzüntülü görərsən. Cəhənnəm, azğınlar üçün tam uyğun bir yer deyilmi?
Ali İmran/3:106
O gün bəzi üzlər ağarar, bəzi üzlər isə qaralar. Üzləri qaralan kəslərə: “İman etdikdən sonra inkarmı etdiniz? İnkarınıza görə əzabı dadın."