Əraf - 7:46 Aralarını bir pərdə bölər. Orta yerdə də bəzi kimsələr var ki, hər kəsi görünüşlərindən tanıyırlar. Cənnət əhlinə, "Salam sizə," deyə səslənərlər. Bunlar oraya (cənnətə), canları istədikləri halda girə bilmədilər.
Cənnət əhlinin üzləri necədir?

Mutaffifin/83:24 Üzlərindən nemətlərin sevinc və parıltısını oxuyarsan.


Yunus/10:26 Gözəl davrananlara daha artığı vardır. Üzlərini nə bir məhrumiyyət, nə də bir alçalma hissi bürüyər. Onlar cənnət əhlidir. Orada əbədi qalacaqlar.