Əraf - 7:47 Gözləri atəş əhlinə çevrildiyində, "Rəbbimiz, bizi zalım topluluqla bir yerdə tutma," deyərlər.
Dirilmə günü atəş əhlinin üzləri necədir?
Əbəsə/80:42 Bax onlar inkar edənlərdir, yoldan çıxanlardır.

İbrahim/14:49 O gün günahkarları, zəncirlərə vurulmuş olaraq görərsən.
İbrahim/14:50 Geyimləri qatrandandır və üzlərini atəş bürüyər.
İbrahim/14:51 Beləcə Allah hər kəsə qazandığının qarşılığını verir. Allah tez haqq-hesab çəkəndir.


Yunus/10:27 Pislik və günah qazananlara isə pisliyinin eynisi ilə qarşılıq verilər. Üzlərini bir alçalma hissi bürüyər. Allahdan başqa bir qoruyucuları yoxdur. Üzləri sanki qaranlıq gecədən bir parçayla bürünmüşdür. Onlar atəş əhlidir; onlar orada əbədi qalacaqlar.

Ta ha/20:102 Boruya üfürüləcəyi gün, günahkarları o gün göyərmiş (kədərdən üzlərinin bozarmış) olaraq toplayarıq.

Rahmən/55:41 Günahkarlar üzlərindən tanınar və zorla götürülərlər.