Əraf - 7:5
Onlara əzabımız gəldiyi vaxt, "Gerçəkdən biz zalım olmuşuq," deməkdən başqa sözləri olmadı.
"Əzablmız gəldiyində, Gerçəkdən bizlər zalımlar idik, dedilər": Əlaqəli
Ənbiya/21:11
Neçə-neçə ölkələri, haqsızlıq etmələrindən ötrü qırıb məhv etdik və onların ardınca başqa cəmiyyətlər yaratdıq.
Ənbiya/21:12
Əzabımızı hiss etdikləri anda ondan qaçmağa çalışırdılar.
Ənbiya/21:13
Qaçmayın, dəbdəbəli və israfçılıq üçün yaşadığınız yerə, evlərinizə dönün. Çünki sorğu-suala çəkiləcəksiniz.
Ənbiya/21:14
"Vay bizim halımıza, biz gerçəkdən zülm edənlərmişik," dedilər.
Ənbiya/21:15
Onları biçib-bitirənə qədər bu yalvarmalarını təkrarlayacaqlar.
Qaləm/68:17
Onları sınadıq; eyni bağça sahiblərini sınadığımız kimi. Səhər vaxtı dərib-toplayacaqlarına and içmişdilər.
Qaləm/68:18
Bundan heç bir şübhələri yox idi.
Qaləm/68:19
Onlar yuxuda ikən Rəbbin tərəfindən göndərilən bir ziyarətçi (fırtına) bağçalarını ziyarət etdi.
Qaləm/68:20
Və bağça meyvəsiz qalmışdı.
Qaləm/68:21
Səhər vaxtı bir-birlərinə səsləndilər:
Qaləm/68:22
"Dərib-toplayacaqsınızsa, haydı əkinlərinizə erkən gedin."
Qaləm/68:23
Elə bu vaxt yola çıxdılar, aralarında danışırdılar.
Qaləm/68:24
"Diqqətli olun, bu gün heç bir yoxsul oraya yanınıza girməsin."
Qaləm/68:25
Nəticədən əmin bir halda erkən yetişdilər.
Qaləm/68:26
Fəqət bağçanı görüncə, "Biz yolu çaşmışıq," dedilər.
Qaləm/68:27
"Xeyr, doğrusu biz yoxsul buraxıldıq."
Qaləm/68:28
Ortancıları (müttəqiləri), "Mən sizə demədimmi? Rəbbinizi ucaltmanız lazım deyildimi?" dedi.
Qaləm/68:29
Dedilər ki, "Rəbbimiz Ucadır, Biz zalımlar imişik."
Qaləm/68:30
Və dərhal bir-birlərini günahlandırmağa başladılar.
Qaləm/68:31
Dedilər ki, "Təəssüflər olsun bizə. Azğınmışıq."
Əraf/7:5
Onlara əzabımız gəldiyi vaxt, "Gerçəkdən biz zalım olmuşuq," deməkdən başqa sözləri olmadı.
Ənbiya/21:46
Onlara, Rəbbinin əzabından xəfif bir yel toxunsa, "Vay bizim halımıza, biz gerçəkdən zalımlarmışıq," deyərlər.