Əraf - 7:50 Atəş əhli, cənnət əhlinə səsləndi: "Suyunuzdan, yaxud Allahın sizə verdiyi bəzi nemətlərdən üstümüzə axıdın." Onlar da dedilər ki: "Allah bu ikisini kafirlərə haram etmişdir."
Suyunuzdan, sizə verdiyi nemətlərdən üstümüzə axıdın: Əlaqəli
Əraf/7:50 Atəş əhli, cənnət əhlinə səsləndi: "Suyunuzdan, yaxud Allahın sizə verdiyi bəzi nemətlərdən üstümüzə axıdın." Onlar da dedilər ki: "Allah bu ikisini kafirlərə haram etmişdir."

Hədid/57:13 O gün, ikiüzlü kişilər və qadınlar iman edənlərə, "Bizə baxın ki, sizin nurunuzdan alaq," deyəcəklər. Onlara, "Geriyə dönün ki, nur axtarın," deyilər. Aralarına, iç tərəfdəki mərhəmətlə, çöl tərəfdəki əzabı ayıran qapılı bir əngəl qoyulacaqdır.