Əraf - 7:53 Onun xəbərlərinin gerçəkləşməsinimi gözləyirlər? Xəbərləri gerçəkləşdiyi gün, ona daha öncə önəm verməyənlər, "Rəbbimizin elçiləri gerçəyi gətirmişdilər. Bizim üçün vasitəçilik edəcək bir şəfaətçi varmı? Yaxud, öncəkindən fərqli davrana bilmək üçün geri qaytarılsaydıq" deyərlər. Şəxsiyyətlərini itirənlərdir və uydurduqları şeylər də onları tərk etmişdir.
Geri qaytarılırlarmı?
Muminun/23:99 Onlardan birinə ölüm gəlib çatdığı zaman belə deyər, "Rəbbim, məni geri döndərin."
Muminun/23:100 "(Ona görə) ki, tərk etdiyim şeylərdə müttəqi işlər görüm." Xeyr! Bu onun söylədiyi boş bir sözdür. Dirilmə gününə qədər onların ardında bir əngəl (maneə) vardır.

Səcdə/32:29 De ki, "Zəfər günü, inkar edənlərə iman etmələri bir fayda verməyəcəkdir; onlara başqa bir şans da verilməyəcəkdir."
Səcdə/32:12 Günahkarları, Rəbləri hüzurunda başlarını önə əymiş vəziyyətdə ikən bir görsəydin: "Rəbbimiz, gördük və eşitdik. Bizi (geri) döndər ki, müttəqi davranaq. İndi biz qəti olaraq iman etdik."
Səcdə/32:13 İstəsəydik, hər kəsə hidayətini verərdik. Ancaq, cinlərin və insanların bir qismi ilə cəhənnəmi toplu şəkildə dolduracağıma dair sözüm gerçəkləşmişdir.