Əraf - 7:54 Rəbbiniz Allah, göyləri və yeri altı gündə yaradan və sonra hökmranlığını qurandır. Gecəni, onu durmadan sürətlə təqib edən gündüzə bürüyüb örtər. Günəş, ay və ulduzlar onun hökmünə (əmrinə) boyun əymişdir. Yaratmaq da, yönətmək də Ona aiddir. Aləmlərin Rəbbi olan Allah necə də Uludur!
Aləmlərin Rəbbi (Rəbbil aləmin) nədir?
Şuəra/26:23 Firon, "Aləmlərin Rəbbi də nə deməkdir?" dedi.
Şuəra/26:24 (Musa) dedi ki, "Qəti bir inanca sahibsinizsə, O, göylərin, yerin və aralarındakıların Rəbbidir!"
Şuəra/26:25 (Firon) ətrafındakılara dönərək, "eşidirsinizmi?" dedi.
Şuəra/26:26 Dedi ki, "Sizin də, öncəki atalarınızın da Rəbbidir."
Şuəra/26:27 Dedi ki, "Sizə göndərilən elçi, şübhəsiz ki, bir dəlidir!"
Şuəra/26:28 Dedi ki, "Ağlınızı işlədirsinizsə, O, şərqin, qərbin və aralarındakıların da Rəbbidir!"