Əraf - 7:55 Rəbbinizi səmimiyyətlə və gizlicə çağırın! O, həddi aşanları sevməz.
"Rəbbini ucaldıb yad et": Əlaqəli
Ali İmran/3:41 "Rəbbim, mənə bir əlamət ver, - dedi. "Əlamətin, üç gün işarə ilə anlaşmaqdan başqa insanlarla danışmamandır. Rəbbini daha çox xatırla və səhər-axşam Onu düşün.”

Əraf/7:205 Rəbbini könüldən yalvararaq, gizlicə və səssizcə səhər-axşam xatırla; qafillərdən olma.
Əraf/7:206 Rəbbinin qatındakılar, Ona qulluq etməkdən çəkinib təkəbbür göstərməzlər, Onu Ucaldırlar və Ona səcdə edərlər.

Hicr/15:98 Rəbbini ucaldıb şövqlə xatırla və yerlərə qapan.

İsra/17:111 Və de ki: "Tərif Allahadır. O övlad götürməmişdir, idarəçilikdə ortağı və zəiflikdən ötrü də bir yardımçısı yoxdur." Onu mümkün qədər Ucalt.

Ta ha/20:130 Sözlərinə qarşı dözümlü ol, günəşin doğmasından və batmasından öncə Rəbbini ucaldaraq xatırla. Gecə vaxtı və günün hər iki ucunda da xatırla ki, xoşbəxt ola biləsən.

Nur/24:36 (Belə bir nur və hidayət), içlərində ismi xatırlandığı üçün,  Allahın razı qalıb yüksəltdiyi evlərdədir. Orada, Onu səhər-axşam ucaldan...
Nur/24:37 Kəslər vardır. Onları, Allahı xatırlamaqdan, namazı qorumaqdan və zəkatı verməkdən nə bir iş, nə də bir ticarət yayındırmaz. Onlar, qəlblərin və gözlərin tərs dönəcəyi gündən qorxarlar.

Furqan/25:58 Ölümsüz və Diri Olana güvən; Onu tərifləyərək ucalt. Qullarının günahlarını, Onun bilməsi kifayətdir.
Furqan/25:77 De ki, "Duanız olmasa Rəbbimin yanında dəyəriniz yoxdur. Yalan hesab edərsinizsə, nəticəsinə qatlanacaqsınız."

Rum/30:17 Elə isə, gecə vaxtı bir küncə çəkildiyiniz və səhər vaxtı qalxdığınız zaman Allahı təriflə xatırlayın.
Rum/30:18 Axşam və günorta tətilində göylərdə və yerdə bütün təriflər Onadır.

Səcdə/32:15 Ayə və möcüzələrimizə gerçəkdən iman edənlər, onları eşitdikləri zaman səcdəyə vararlar və təkəbbür göstərmədən Rəblərini ucaldarlar.
Səcdə/32:16 Yataqlarından qalxıb qorxaraq və ümid edərək Rəblərinə yalvararlar. Onlara verdiyimiz nemətlərdən də verərlər.

Əhzab/33:41 Ey iman edənlər, Allahı daha çox xatırlayın!

Ğafir/40:55 Elə isə səbr et. Çünki Allahın sözü gerçəkdir. Günahların üçün də bağışlanma istə və Rəbbini axşam, səhər tərifləyərək Ucalt.

Fəth/48:9 (Ona görə) ki, siz insanlar, Allaha və elçisinə iman edəsiniz və Ona hörmət göstərəsiniz, Onu dinləyəsiniz və səhər-axşam Onu Ucaldasınız.

Qaf/50:39 Onların söylədiklərinə səbr et və Günəşin doğmasından və batmasından öncə Rəbbini tərifləyərək ucalt.
Qaf/50:40 Gecə vaxtı Onu ucalt və səcdələrin ardından da...

Tur/52:48 Rəbbinin hökmü gerçəkləşincəyə qədər səbr et, sən gözlərimizin önündəsən və qalxdığın zaman Rəbbini tərifləyərək ucalt.
Tur/52:49 Gecə vaxtı və ulduzlar batarkən Onu ucalt.



Muzzəmmil/73:8 Rəbbinin ismini xatırla və bütün könlünlə Ona yönəl.


İnsan/76:26 Gecə vaxtı Ona səcdə et və Onu uzun gecələrdə ucalt.

Nəsr/110:3 Rəbbini tərifləyərək ucalt və Ondan bağışlanma dilə. O, tövbələri sürəkli qəbul edəndir.