Əraf - 7:58
Yaxşı ərazi, Rəbbinin izni ilə bitki verir. Pis olanı isə, çox da faydalı bir şey verməz. Şükür edən bir topluluq üçün ayələri bu cür açıqlayırıq.
"Yaxşı ərazi bitki verir. Pis isə, bir şey verməz": Məqsəd nədir?
Bəqərə/2:261
Paralarını (pullarını) Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istəyənə qat-qat artıraraq verir. Allah Comərddir, Biləndir.
Bəqərə/2:265
Allahın razılığını qazanmaq istədikləri və buna razı olduqları üçün paralarını (pullarını) xərcləyənlərin örnəyi, bol yağmur aldığında iki qat məhsul verən, bol yağmur almasa belə narın yağışla kifayətlənən yüksək məhsullu bir bağça örnəyi kimidir. Allah etdiklərinizi görməkdədir.
Bəqərə/2:264
Ey iman edənlər! Allaha və Axirət gününə iman etmədiyi halda insanlara göstəriş üçün yardım edən şəxs kimi yardımlarınızı minnət qoymaqla və əziyyət etməklə boşa çıxarmayın. Bu cür davranışın örnəyi, üzərində toz-torpaq yığılan bir qayaya bənzəyir ki, şiddətli bir yağış onu çılpaq buraxar. Etdiklərindən heç bir şey qazana bilməzlər. Allah inkarçı camaatı doğruya yönəltməz.