Əraf - 7:62
"Sizə Rəbbimin mesajını çatdırır və sizə öyüd verirəm. Sizin bilmədiklərinizi Allah vasitəsilə bilirəm."
Allah, din adına bilmədiklərimizi elçiləri və dolayısıyla kitabları vasitəsi ilə öyrədir:
Yusuf/12:3
Sənə bu Quranı vəhy edərək, sənə ən gözəl bir təbir ilə tarixi nəql edirik. Sən daha öncə bundan xəbərsiz idin.
İbrahim/14:9
Sizdən öncəkilərin, Nuh, Ad və Səmud xalqının və onlardan sonra gəlib, sadəcə Allahın bildiyi kimsələrin xəbərləri sizə yetişmədimi? Elçiləri onlara açıq-aşkar dəlillərlə getdilər, fəqət onlara dəyər vermədilər (alçaltdılar) və "Biz gətirdiyiniz şeyi inkar edirik və bizi çağırdığınız mesaj haqqında şəkkimiz və şübhəmiz var," dedilər.
Şura/42:52
Biz beləcə sənə qatımızdan bir ruh vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Ancaq onu, istədiyimiz qulları doğruya yetişdirən bir nur etdik. Sən əlbəttə doğru yola bələdçilik edirsən.
Bəqərə/2:151
Həmçinin, sizə ayələrimi oxuyacaq, sizləri təmizləyəcək, sizə kitab və hikməti öyrədəcək, bilmədiklərinizi bildirəcək bir elçini aranızdan seçib göndərdik.
Bəqərə/2:169
O sizə pisliyi, həyasızlığı və Allaha bilmədiyiniz şeyləri isnad etməyinizi əmr edər.
Bəqərə/2:239
Bir qorxu və narahatçılığınız varsa, piyada və ya minik üzərində (namazı qılın). Güvənə qovuşduğunuz zaman, bilmədiyiniz şeyləri sizə öyrətdiyi kimi Allahı xatırlayın.
Nisa/4:113
Allahın sənə lütfü və rəhməti olmasaydı, onlardan bir qrup səni azdıracaqdı. Onlar, yalnız özlərini azdırır; sənə heç bir zərər verə bilməzlər. Allah sənə Kitab və hikməti nazil etdi və sənə bilmədiyin şeyləri öyrətdi. Allahın sənə olan lütfü böyükdür.
Nisa/4:127
Səndən qadınlar haqqında soruşurlar. De ki, “Allah bu kitab yoluyla qadınlar haqqında sizi aydınladır. Qanuni haqları olan mallarını verməyib özləriylə evlənmək istədiyiniz yetim qadınlar və (onların) zavallı uşaqları haqqında Kitabda sizə oxunan ayələr yetimlərə qarşı ədalətli davranmağınızı əmr etməkdədir. Etdiyiniz hər yaxşılığı Allah bilir."
Ənam/6:91
"Allah heç bir insana bir şey nazil etməz," deməklə Allahı layiqincə qiymətləndirmədilər. De ki: "İnsanlara bir hidayət və işıq olaraq Musanın gətirdiyi kitabı kim nazil etdi - ki göstərmək üçün onu kağızlara yazdığınız halda çoxunu gizləyirdiniz. Sizin və atalarınızın bilmədiyi şeyləri onun vasitəsiylə öyrəndiniz-?" De, "Allah!" və onları öz azğınlıqlarında burax, oynayıb-əylənsinlər.
İsra/17:36
Bilmədiyin bir şeyə iman edib ardına düşmə, çünki eşitmə, görmə duyğusu və beyin, hamısı ondan məsuldur.
Həcc/22:30
Bax belə! Kim Allahın qadağalarına hörmət göstərərsə, Rəbbinin yanında özü üçün daha yaxşıdır. Sizə xüsusilə bildirilənlərin xaricindəki bütün kənd təsərrüfatı heyvanları halal (qanuni) edilmişdir. O halda bütpərəstliyin fəlakətindən çəkinin, yalan sözdən ehtiyat edin.
Nəcm/53:10
Və sonra quluna nə bildiriləcəksə onu vəhy etdi.
Ələq/96:4
Qələm yoluyla öyrədir.
Ələq/96:5
İnsana bilmədiklərini öyrətdi.