Əraf - 7:71
Dedi ki: "Rəbbinizdən bir əzab və qəzəbə məhkum edilmisiniz. Sizin və atalarınızın uydurduğu və Allahın özlərinə heç bir güc vermədiyi isimlər haqqındamı mənimlə mübahisə edirsiniz? Gözləyin, mən də sizinlə birlikdə gözləyənlərdənəm."
Ad xalqının məhkum edildiyi əzab və qəzəb:
Haqqə/69:6
Ad (xalqı) isə sərt və azğın bir qasırğa ilə məhv edildi.
Haqqə/69:7
Onu, yeddi gecə və səkkiz gün boyunca üzərlərinə bir bəla olaraq saldı. (O) xalqın, çürümüş xurma gövdələri kimi yerə yıxıldıqlarını görərsən.
Zəriyət/51:41
Ad xalqında da (bir dərs vardır). Üzərlərinə qorxunc bir ruzgar göndərdik.
Qamər/54:18
Ad (qövmü) də yalanladı. Cəzalandırmağım və xəbərdarlıqlarım necə imiş!
Qamər/54:19
Uğursuzluq üstünə uğursuzluğa sahib bir gündə üzərlərinə vəhşi bir ruzgar göndərdik.
Qamər/54:20
İnsanları, sanki köklərindən qopardılmış xurma kötükləri kimi yıxırdı.
Əhqaf/46:24
Nəhayət onun yayılaraq vadilərinə yönəlmiş olduğunu gördüklərində, "Bu, bizə yağmur yağdıracaq bir buluddur," dedilər. Xeyr, bu sizin gəlməsi üçün meydan oxuduğunuz ağrılı-acılı əzaba sahib bir fırtınadır.