Əraf - 7:85 Mədyənə də qardaşları Şueybi göndərdik. Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa tanrınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəlmişdir. Ölçü və çəkini tam yerinə yetirin. İnsanların haqqını əskiltməyin. Düzəldildikdən sonra yer üzündə fəsad törətməyin. İman edirsinizsə bunlar sizin üçün daha xeyirlidir."
Allah ölçü və çəkidə ədaləti əmr edir:
Mutaffifin/83:2 İnsanlardan bir şey aldıqlarında ölçünü tam ölçərlər.
Mutaffifin/83:3 Verdikləri zaman isə ölçünü və çəkini əskik tutarlar.
Mutaffifin/83:4 Onlar diriləcəklərini heç güman etmirlər?

Şuəra/26:181 "Ölçüyə tam riayət edin. Aldadanlardan olmayın."
Şuəra/26:183 "İnsanların haqqını əskiltməyin və yer üzündə pislik işləyərək fəsad törətməyin."

Ənam/6:152 Yetkinlik çağına yetişincəyə qədər yetim malına yaxınlaşmayın. Ölçünü və çəkini doğru dürüst edin. Kimsəyə gücünün yetmədiyi şeyi yükləmərik. Danışdığınız zaman əqrəbanızın əleyhində olsa belə doğru olun. Allaha verdiyiniz sözü tutun. Bunlar, dərs alasınız deyə Onun sizə verdiyi öyüdlərdir.

Əraf/7:85 Mədyənə də qardaşları Şueybi göndərdik. Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa tanrınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəlmişdir. Ölçü və çəkini tam yerinə yetirin. İnsanların haqqını əskiltməyin. Düzəldildikdən sonra yer üzündə fəsad törətməyin. İman edirsinizsə bunlar sizin üçün daha xeyirlidir."

İsra/17:35 Ölçdüyünüz zaman ölçünü tam edin və doğru tərəzi ilə çəkin. Əlbəttə bu daha yaxşıdır və nəticəsi daha gözəldir.

Rahmən/55:7 Göyü yüksəltdi və ölçünü/tarazlığı qoydu.
Rahmən/55:9 Ölçünü ədalətlə qoruyun; ölçünü itirməyin.