Əraf - 7:86 "Allahın yolunu əyri göstərmək və iman edənləri təhdid edib ondan çevirmək üçün hər yolun başında oturmayın. Say baxımından az olduğunuz halda sizi necə çoxaltdığını düşünün. Fəsad törədənlərin sonunun necə olduğuna bir baxın."
İman etmənin ən önəmli kriteri:
Ənam/6:82 İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.

Loğman/31:13 Loğman oğluna öyüd verərkən bunu  demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."

Zumər/39:65 Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.