Əraf - 7:88
Xalqının təkəbbürlü öncüləri, "Şueyb, ya səni və səninlə bərabər iman edənləri şəhərimizdən sürgün edəcəyik, ya da dinimizə geri dönərsiniz!" dedilər. O da belə dedi: "Biz istəməsək də, eləmi?"
Təzyiq və zülm altında olanlar, çıxış yolları yoxdursa, inancını gizli tuta bilər:
Ali İmran/3:28
İman edənlər, iman edənləri buraxıb inkar edənləri dost seçməsinlər. Kim bunu edərsə Allah ilə bir əlaqəsi qalmaz. Ancaq onlardan qorxma halınız başqa... Allah Özü haqqında sizə xəbərdarlıq edir. Dönüş Allahadır.
Nəhl/16:106
Qəlbi imanla dolu olduğu halda (inkar etməyə) məcbur edilən istisna olmaqla, imandan sonra inkar etməyə qəlbini açıb Allahı inkar edənlər, Allah tərəfindən bir qəzəbə layiqdirlər və onlar üçün böyük bir əzab vardır.
Ğafir/40:28
Fironun tərəfindən inancını gizləyən iman edən bir adam dedi ki, "Siz, 'Mənim Rəbbim Allahdır,' deyən bir adamımı öldürəcəksiniz? Halbuki sizə Rəbbinizdən açıq-aşkar dəlillər gətirmişdir. Yalançıdırsa, bu onun problemidir; yox əgər doğru sözlüdürsə, onun sizə anlatdıqları gerçəkləşər. Şübhəsiz Allah həddi aşan yalançıları sevməz."
Təhrim/66:11
Allah iman edənlərə, Fironun xanımını örnək verir. O, "Rəbbim, mənim üçün cənnətdə bir ev qur və məni Firondan və etdiklərindən qurtar; məni bu zalım insanlardan qurtar," demişdi.