Təkvir - 81:22
Yoldaşınız dəli deyildir.
Muhəmməd peyğəmbərə dəli dedilər:
Qaləm/68:51
Mesajı eşitdikləri zaman, inkar edənlər az qala səni gözləri ilə yeyəcəkdilər. "O, dəlidir!" deyirdilər.
Duxan/44:13
Mesaja əhəmiyyət vermədilər. Halbuki onlara açıq-aşkar bir elçi gəlmişdi.
Duxan/44:14
Sonra ondan üz çevirdilər və "Təlim görmüş bir dəlidir!" dedilər.
Təkvir/81:22
Yoldaşınız dəli deyildir.
Muminun/23:68
Onlar bu sözü incələmədilərmi (araşdırmadılarmı), yoxsa keçmiş atalarına gəlməyən bir şeymi onlara gəldi?
Muminun/23:70
Yoxsa, onun dəli olduğunamı qərar verdilər? Halbuki onlara gerçəyi gətirmişdi. Lakin onların çoxu gerçəyi xoşlamır.
Saffat/37:35
Onlara "La ilahə illəllah" deyildiyində təkəbbür göstərirdilər.
Saffat/37:36
"Tanrılarımızı dəli bir şairə görə tərk edəcəyik?" deyirdilər.
Hicr/15:6
Dedilər ki: "Ey özünə Zikr (mesaj) nazil edilən, sən bir dəlisən."
Tur/52:29
Sən öyüd ver! Rəbbinin sənə olan yaxşılığı sayəsində sən nə bir kahinsən, nə də dəli.
Qaləm/68:2
Sən Rəbbinin neməti ilə dəli olmuş deyilsən.
Əraf/7:184
Düşünmürlərmi? Yoldaşlarında heç bir dəlilik yoxdur. O, ancaq açıq-aşkar bir xəbərdar edəndir.
Səba/34:46
De ki, "Sizə bir tək öyüdüm var: Allah üçün iki-iki, yaxud tək-tək qalxın, sonra düşünün. Sizin yoldaşınızda bir dəlilik yoxdur. O, sadəcə, şiddətli bir cəzadan öncə sizi xəbərdar edən biridir."
Səba/34:8
"Allaha yalanmı isnad edir, yoxsa onda dəlilikmi var?" Halbuki axirətə iman etməyənlər, uzaq bir azğınlıq və əzab içindədirlər.