Təkvir - 81:23
Onu açıq-aşkar bir üfüqdə görmüşdür.
"Onu açıq-aşkar bir üfüqdə görmüşdür": Təfərrüatı
İsra/17:1
Bəzi ayələrimizi ona göstərmək üçün qulunu gecə vaxtı (Məkkədəki) Müqəddəs Məsciddən, çevrəsini bərəkətli etdiyi ən uzaq məscidə (səcdə yerinə) götürüb aparan çox Ucadır. O şübhəsiz Eşidəndir, Görəndir.
Nəcm/53:1
Düşərkən ulduzlara and olsun.
Nəcm/53:2
Yoldaşınız (Muhəmməd) nə yoldan çıxmışdır, nə də azmışdır.
Nəcm/53:3
Nə də öz şəxsi arzusundan danışmaqdadır.
Nəcm/53:4
O (Quran) ancaq və ancaq bildirilən bir vəhydir.
Nəcm/53:5
Onu, böyük gücə sahib olan öyrətmişdir.
Nəcm/53:6
Üstün hakimiyyətin sahibi göründü,
Nəcm/53:7
Ən yüksək üfüqdə.
Nəcm/53:8
Sonra enib yaxınlaşdı.
Nəcm/53:9
Məsafə iki yay qədər və ya daha yaxın oldu.
Nəcm/53:10
Və sonra quluna nə bildiriləcəksə onu vəhy etdi.
Nəcm/53:11
Gördüyünü könlü yalanlamadı.
Nəcm/53:12
Onun gördüyü haqqında onunla mübahisəmi edirsiniz?
Nəcm/53:13
Onu bir dəfə yenə görmüşdü.
Nəcm/53:14
Ən son nöqtədə.
Nəcm/53:15
(Ona görə) ki, yanında sığınılacaq cənnət vardır.
Nəcm/53:16
Bütün bölgə ehtişamlı şəkildə əhatə edilmişdi.
Nəcm/53:17
Göz yanılmadı, həddi də aşmadı.
Nəcm/53:18
Rəbbinin böyük ayələrini gördü.