İnfitar - 82:15 Din Günü oraya daxil olarlar.
Pislər isə Cəhənnəmdədir:
Vaqiə/56:92 Amma o yalanlayan azğınlardandırsa-

Hədid/57:19 Allaha və elçisinə iman edənlər, ən doğru olanlar və şəhidlərdir. Rəbləri qatında onlar üçün mükafatları və nurları vardır. İnkar edib ayələrimizi yalanlayanlar isə cəhənnəm əhlidir.

Mulk/67:6 Rəblərini inkar edənlər cəhənnəm cəzasına layiqdirlər. Necə də pis bir məskəndir.

Haqqə/69:32 Sonra, onu yetmiş arşın (dirsək) uzunluğunda bir zəncirə vurun!




Mutaffifin/83:13 Ona ayələrimiz yetişdiyində, "Əfsanədir" deyərdi.
Mutaffifin/83:14 Doğrusu, işlədikləri günahlar qəlblərini qaplamış.
Mutaffifin/83:15 Doğrusu, o gün onlar Rəblərindən pərdələnər.

Buruc/85:10 İman edən kişilərə və qadınlara zülm və işgəncə edən və daha sonra tövbə etməyənlər cəhənnəm əzabına layiqdirlər. Onlar üçün yandırıb-yaxan bir əzab vardır.